Slimfit
  1. DÜNYA

Qonşu dövlətdə yayılan koronavirusun digər ölkələrdəkindən fərqi açıqlandı

Qonşu dövlətdə yayılan koronavirusun digər ölkələrdəkindən fərqi açıqlandı
Sakura

Qonşu dövlətdə yayılan koronavirusun digər ölkələrdəkindən fərqi açıqlandı

Rusiyada yayılan “İran-Avropa” koronavirus ştammı dünyanın digər bölgələrinə yayılanlardan bir sıra fərqlərə malikdir –  o, daha “pisdir”, çünki xeyli sürətlə yayılır.

Bu barədə ABŞ-ın Corc Meyson Universitetinin (GMU) Sistem Biologiyası Məktəbinin professoru, GMU Elmlər Kollecinin Xroniki Metabolik Xəstəliklərin Tədrisi Mərkəzinin direktoru Ança Baranova Lenta.ru-ya bildirib.

Həkimin sözlərinə görə, koronavirusun yayılmasının beynəlxalq xəritəsinə əsasən, SARS-CoV-2-nin 30-a yaxın ştammı var: 

“Virus Çində meydana çıxıb, sonra İran vasitəsilə Avropaya yayılıb, daha sonra isə Rusiyaya çatıb”.

A.Baranova virusun müxtəlif variantları ilə yoluxmada sağ qalma dərəcəsinin eyni olduğunu bildirib: “Yəni “yaxşı” və “pis” viruslar insanları ağciyərlərin süni ventilyasiyası aparatına eyni səviyyədə möhtac edir. Sadəcə “pis” virusu daha effektiv edən amil populyasiyada sürətlə yayılmasıdır. Həmçinin bu yoluxmada simptomsuz daşıyıcıların sayı daha çox olur”. 

“Lakin yüksək yoluxuculuq və simptomsuz xəstələrin çoxluğu o deməkdir ki, Rusiya bu virus ştammı ilə “kütləvi immunitetə” daha tez çata bilər”, - deyə, professor sözlərini yekunlaşdırıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR