Dərc edildi: Baxış sayı: 527
Qonsalo İquain "Çelsi"də qalmaq istəyir
İngiltərənin "Çelsi" klubunun İtaliya "Yuventus"undan icarəyə götürdüyü Qonsalo İquain açıqlama verib. SİA-nın məlumatına görə, 31 yaşlı hücumçu Premyer Liqa təmsilçisində qalmaq istədiyini deyib: "Yeni bir çempionatda oynamaq hər zaman gözəldir. Açığı, hazırda uyğunlaşma prosesindəyəm. Mövsümü yaxşı şəkildə başa vurmaq istəyirəm. Bu halda gələn mövsüm də burada ola bilərəm. "Çelsi"də qalmaq istəyirəm".
Qeyd edək ki, "Çelsi" argentinalı futbolçunu qış fasiləsində mövsümün sonuna qədər icarəyə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət