Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludur?

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludur?
Sakura

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludur?

Tər əleyhinə qoltuqaltına gündəlik istifadə olunan vasitələrin (antiperspirantlar) ziyanları barədə daimi olaraq müzakirələr açılır. Bu vasitələrin əsasən də qadınlar üçün, süd vəziləri, qoltuqaltı limfa düyünlərinı görə təhlükəli olduğu bildirilir. Hətta süd vəzi xərçənginin, digər xəstəliklərin yayılmasında rolunun olduğu bildirilir.

Qoltuqaltı spreylər, dezodorantlar qorxuludurmu? Bunlar süd vəzi xərçəngi yaradırmı?

Ens.Az e-tibb.az-a istinadən mammoloq-radioloq, Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının əməkdaşı Günel Qəmbərovanın bu suallara cavabını təqdim edir:

Bununla bağlı verilən suallar səbəbsiz deyildir, qoltuqaltı spreylərin tərkibində alüminium olduğu üçün insanlar arasında süd vəzi xərçəngi yaradacağı haqa bir fikir vardır. Sprey və dezodarantların tərkibində olan ekoloji kristallar və kvas da alüminium tərkibdədir.

Əziz insanlar, heç bir şirkət xərçəng yaratmaq ehtimalı olan dezodarant istehsal etmir. 2014-cü ildə Böyük Britaniya alimləri bu fikri tamamən rədd etdi. SCCS (İstifadəçilərin Təhlükəsizlik Komitəsi) 2020-ci ilin mart ayında son 5 ildə apardığı elmi tədqiqat işlərinin nəticəsi kimi dezodarant, pomada və spreylərdə istifadə olunan alüminiumun xərçəng yaratmaq ehtimalının, gündəlik qida rasionunmuzdan orqanizmimizə daxil olan konservantlar (xərçəng yaradan əlavələr) qədər qorxulu olmadığını qeyd edib.

Ancaq qolaltı istifadə olunan dezodarantlar tər vəzilərində qapanma, tıxac yaratdığı üçün iltihabi proseslərə təkan verə bilir, buna görə də axşam yatarkən mütləq yuyunmaq lazımdır. Qolaltı dezodarantlar, əsasən də drydrylar dəridə səpgi, allergiya yarada bilir. Süd verən anaların dəriləri həssas olduğu üçün istifadə etməkləri məsləhət deyildir.

İldə bir dəfə mammoqrafiya müayinəsinə gələrkən də dezodorant istifadəsi məsləhət deyildir, bunlar mammoqrafiya şəkillərində mikrokalsinat effekti yaradır, bu da səhf olaraq xərçəng diaqnozu qoymağımıza səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR