Qoltuqaltı qaralmasını aparan sadə üsullar
Qoltuqaltı qaralması xüsusilə qadınları narahat edən bir problemdir. Üstəlik, yaydırsa, bu, əsl kabusa çevrilir. Bəs qoltuqaltı qaralmasından qurtulmaq mümkündürmü?
Qoltuqaltı qaralmasına səbəb nədir?
Bu problem yayda çox tərləmə, qoltuqaltını ülgüclə təmizləmək, istifadə edilən tük təmizləyici məhsulun keyfiyyətsiz olması, epilyasiya və başqa səbəblərdən dolayı ortaya çıxır. Qoltuqaltında yaranan qaralmanın səbəbi mütləq araşdırılmalıdır. Çünki qaralmalar hormonal pozuntular, istifadə edilən dərmanlar, hətta xərçəng kimi səbəblərdən dolayı da ortaya çıxa bilər.
İnsanda hansı problemləri yarada bilər?
Bir insanda özgüvən əskikliyi, psixoloji pozuntu v ə üzüntü kimi hallara səbəb olur.
Bu problem necə həll olunar?
Dilimlənmiş kartof
Hər gün bir nazik kartof dilimi ilə qoltuqaltınızı 10 dəqiqə ovun. Müəyyən müddət sonra rəngin açıldığını görəcəksiniz.
Şəkər tozu üsulu
Süd
Südün tərkibində olan vitamin və yağ turşuları dərini ağardır. İki yemək qaşığı süd, bir çay qaşığı şor və bir yemək qaşığı unla xəmir hazırlayın. Dəriyə qoyun, 15 dəqiqə gözləyin və soyuq su ilə durulayın. Bu xəmir dərinin ölü hüceyrələrdən təmizlənməsinə kömək edəcək. Tam yağlı süd ilə daha yaxşı effekt ala bilərsiniz.
Soda üsulu
Sodanın dəriyə faydalarını hər kəs bilir. Bir miqdar soda və suyu qarışdıraraq həmin bölgəyə sürtün. Qoltuqaltındakı qaralma tədricən aradan qalxacaq.
Formul
1 çay qaşığı düyü, 1 çay qaşığı sirkə, 1 çay qaşığı qatığı qarışdırın. Tüklərdən təmizlədiyiniz və yuduğunuz qoltuqaltına sürtün. 20 dəqiqə saxlayın. Sonra ilıq su ilə durulayın və quruladığınız qoltuqaltına uşaq pudrası vurun.
Mənbə : Milli.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət