Dərc edildi: Baxış sayı: 632
Qohumlarının 19-cu əsrə aid məktublarını onlayn hərracda tapdı
Britaniyalı Trudi Şillum internet-hərraca nəzər yetirərkən özü üçün çox qiymətli əşya görüb. “eBay”da onun nənəsinə, babasına ünvanlanan məktublar satıldığı üzə çıxıb.
Bizimyol.info xəbər verir ki, 42 yaşlı şotland qadın ailəsinin tarixi ilə bağlı internetdə çox axtarış edirmiş. “Google” şəbəkəsində ailəsinin soyadını, keçən əsr Londonun Leytonstoun rayonunda yaşamış qohumlarının adını yazıb axtarırımış. Bu zaman nənəsinə, babasına keçən əsrin 30-cu illərində göndərilmiş məktubları görür. Rouz adlı qadın onlara iki məktub yazıb. Birincidə niyə qonaq gələ bilmədiyini izah edir. İkincidə onlara toylarının ildönümü münasibətilə təbrik göndərib.
Şillum düşünmədən məktubları alır. Bunlara görə cəmi 7 funt sterlinq (təxminən 9 dollar) ödəyir. Trudinin atası həmin Rouzun kim olduğunu xatırlayıb. Şillumun qohumlarının ailəvi dostu imiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət