Slimfit
  1. CƏMİYYƏT

Qoğaldan çıxdığı iddia olunan mismarla bağlı şirkət rəsmisi danışdı

Qoğaldan çıxdığı iddia olunan mismarla bağlı şirkət rəsmisi danışdı
Sakura

Qoğaldan çıxdığı iddia olunan mismarla bağlı şirkət rəsmisi danışdı

Zabratda qoğal aldılar içərisindən mismar çıxdı.

Bizimyol.info xəbər verir ki, vətəndaş Zabratda “Rahat market”in daxilində yerləşən “AzCake” şirkətindən qoğal alıb. Lakin qoğalı kəsən zaman onun içərisində mismar aşkarlayıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan şirkətin satış və kommersiya məsələləri üzrə məsul şəxsi bildirib ki, bu halla bağlı vətəndaş onlara heç bir irad və şikayət bildirməyib:

“Bu məsələ ilə bağlı vətəndaş ancaq sosial şəbəkələrdə yazıb. Bizə heç bir irad və şikayət bildirməyib. Bunun həqiqətə uyğun olub-olmaması vətəndaşın müraciəti əsasında araşdırılmalı və aldığı məhsul labaratoriyaya verilməlidir. Lakin biz heç cür vətəndaşla təmas qura bilməmişik. Əgər vətəndaş bizə müraciət etsə biz istehsal prosesinin şəffaflığını, sanitar-gigyenik qaydalara riayət olunduğunu elə vətəndaşın özünə də göstərə bilərik. Lakin heç bir halda vətəndaş bizlə əlaqə yaratmayıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR