Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qocalmağı gecikdirən meyvə - Xərçəngin düşməni

Qocalmağı gecikdirən meyvə - Xərçəngin düşməni
Sakura

Qocalmağı gecikdirən meyvə - Xərçəngin düşməni

Gündəlik meyvə istifadəsi sağlamlığımız üzün əvəzsizdir. Mütəxəssislər kişilərə gündə 3, qadınlara isə 2 porsiya meyvə yeməyi məsləhət görürlər.
 
Ens.az "Medicina.az"-a istinadən sağlamlığımız üçün daha çox faydalı olan və heç kimin süfrədən əksik etməməli olduğu yay meyvələrini təqdim edir:
 
Qarpız
Vitamin və mineralla çox zəngindir. Tərkibindəki likopen maddəsi həm xərçəng riskini azaldır, həm də damar sağlamlığı üçün faydalıdır. İmmun sistemini gücləndirir, bədəni infeksiyalara qarşı daha davamlı edir. Tərkibindəki A vitamini göz sağlamlığının qayğısına qalır. Bədəndən toksik maddələri atmağa kömək edir. Barmaq qalınlığında bir dilim qarpız bir porsiya hesab edilir.
 
Gilas
A, C, K vitaminləri, o cümlədən fosfor, kalsium, dəmirlə zəngindir. Bağırsağın dostu kimi tanınır. Qəbzlik problemi yaşayanlar üçün ən yaxşı dərman vasitəsidir. Gilas həm də oynaq kirəclənməsindən əziyyət çəkənlər üçün də əsl tapıntı hesab edilə bilər.
 
Tərkibindəki faydalı birləşmələr ürək-damar xəstəliklrindən qoruyur. 10-12 ədəd gilas bir porsiyaya bərabərdir.
 
Gavalı
Qan şəkərini tənzimləyir, güclü antioksidantdır. Həzm sistemini gücləndirir, qəbzliyi aradan qaldırır, metobolizmanı sürətləndirir.
Zəngin lif qaynağı olan gavalı toksik maddələri bədəndən çıxarmağa da kömək olur. 2 orta ölçülü gavalı bir porsiya hesab edilir.
 
Üzüm
Xolestrolu azaldır, vitamin tərkibi olduqca yüksəkdir. Yayda təzəsi, qışda isə qurudulmuşunu süfrədən əksik etməmək məsləhətdir. Üzüm qanın laxtalanmasının qarşısını alır. Bu sayədə də ürək-damar xəstəliklərindən qorumağa kömək edir. Gündəlik 1 salxım və ya 20 gilə üzüm bir porsiyadır.
 
 
Şaftalı
A və C vitaminlərinin mənbəyi olmaqla yanaşı tərkibindəki flavonoidlər sayəsində diabet və ürək xəstəliklərindən qoruyur. Ancaq çox istifadə qəbzliyə səbəb ola bilər. Gündə 1 ədəd yemək kifayətdir.
 
Əncir
Qocalmanı gecikdirir, tərkibi liflə zəngindir. Həzm sistemini tənzimləyir, bağırsaqlrı daha yaxşı işlədir.
Əncir hüceyrələrin yenilənməsinə kömək edir, immun sistemini gücləndirir, xərçəngdən qoruyucu vasitə hesab edilir. Ancaq çox istifadəsi ishala yol aça bilər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR