Slimfit
  1. CƏMİYYƏT

“Qocalar evi”nin 72 yaşlı sakini: “Bir qızım ölüb, digəri yataq xəstəsidir”

“Qocalar evi”nin 72 yaşlı sakini: “Bir qızım ölüb, digəri yataq xəstəsidir”
Sakura

“Qocalar evi”nin 72 yaşlı sakini: “Bir qızım ölüb, digəri yataq xəstəsidir”

72 yaşlı Nübar Hümbətova artıq 5 ildir Bilgəhdə Sosial Xidmət müəssisəsində qalır. O, uzun illər Qazaxıstan və Rusiyada yaşayıb. İki övladı olub. Onlardan biri Qazaxıstanda insultdan dünyasını dəyişib, digər övladı isə hazırda Yevlax rayonunda yaşayır və yataq xəstəsidir.
"Qocalar evi"ndə Azvision.az-ın əməkdaşı ilə həmsöhbət olan N.Hümbətova onkoloji xəstə olduğunu və bu səbəbdən müəssisəyə üz tutduğunu deyib. O, indiyədək bir çox sahədə çalışıb.

Keçmiş həyatından ağız dolusu danışan qadın qızının gənc yaşlarında ölümündən sonra psixoloji sarsıntı keçirdiyini, hələ də övladını unuda bilmədiyini söyləyib.

"Buradakı yaşayışdan çox razıyam. Gənclər bizi tez-tez ziyarət edirlər. Hətta onlardan biri mənə mobil telefon hədiyyə edib. Çalışıram darıxmayım. Nə edək, həyat davam edir, başqa əlimizdən nə gəlir ki?!", - deyə N.Hümbətova əlavə edib.



Şahanə Rəhimli
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR