Slimfit
  1. TARİX

Qobustan dövlət tarixi-bədii qoruğu

Qobustan dövlət tarixi-bədii qoruğu
Sakura

Qobustan dövlət tarixi-bədii qoruğu

Qobustan dövlət tarixi-bədii qoruğu – Azərbaycan ərazisində,Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.

Etimologiyası

 
popo sunnu Qobustan yaşayış yerinin xəritəsi. Dağ adlarının qarşısında yazılan rəqəmlər, həmin ərazidə olan qayaüstü təsvirlərin sayını bildirir

Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər.Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Heç bir həndəsi şəklə malik olmayan bu sistemsizliyin özündə suyun, havanın, küləyin, zəlzələ və palçıq püskürmələrinin yaratdığı böyük təbii hərc-mərclik aləmi müşahidə olunur. Bu, illərin, əsrlərin deyil, milyon illərin ardıcıl olaraq yaratdığı dağıntılar və "quraşdırmaların" nəticəsidir. Qobustan adının da mənşəyi məhz bu təbii şəraitlə izah olunur.

Türk dillərində "qobu / kobu" sözü "yarğan, boşluq, yarısəhra" anlamına gəlir.

Digər bir verisyaya görə isə Qobustan sözünün ilkin forması Gavistan şəklində olmuşdur. "gav" farsca öküz, inək, "stan" isə diyar anlamında yer bildirən şəkliçidir. Bu halda söz "Öküzlər diyarı" şəklində şərh edilməkdədir. Bu versiyanın da irəli sürülməsi təsadüf olmamışdır. Çünki, vaxtilə Qobustan ərazisində çoxlu çöl öküzü yaşamışdır. Min illər keçdikcə onların bir hissəsi ölmüş, bir hissəsi isə əhliləşdirilmişdir.

Başqa bir versiyaya görə isə bu yerin adı Kəbristan olmuşdur. "Kəbr" oda sitayiş edən, "stan" isə diyar anlamında kimi qəbul edildikdə söz oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Bu versiyaya görə, bu yerlərdə atəşpərəstlər yaşamış, ona görə də ərazi Kəbrstan adlandırılmışdır.

Flora və Faunası

 
Qobustandakı palçıq vlkanlarından biri

Hal-hazırda Qobustanın təbiəti Azərbaycanın Arran rayonlarına daha çox uyğundur. 20 – 25 min il əvvəl isə bu yerlərin təbii şəraiti tamamilə fərqli olmuşdur. 10 – 12 min il bundan əvvəl Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı isti iqlim hökm sürmüşdür. İnsanlar nazik paltarlarla keçinmiş, kişilər bellərinə kəmərçin bağlamış, qadınlar isə dəridən qısa don geymişlər.

Hava həmişə isti, yaşıllıq və su bol olduğundan bu yerlər ot yeyən heyvanların örüşü olmuşdur. Qobustanda saysız-hesabsız çöl heyvanı,öküz, at, keçi, gur, maral və başqa heyvanlar yaşamışlar. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanı əldə edilən tapntılardan görünür ki, qədim dövrdə bu ərazidə pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olmuşdur. Mütəxəssislər qayalarda təsvirlərinə rast gəlinməyən bir – heyvanın – filin də Qobustan ərazisində yaşadığını qeyd edirlər. Qayaüstü təsvirlərdə filin olmamasının səbəbi odur ki, bu yerlərdə bizə məlum insan həyatı 10-15 min illə ölçülür, fil isə milyon illər bundan əvvəl yaşamışdır.

Qobustanda fil sümüklərinin aşkarlanması tamamilə təsadüfi olmuşdur. 1968-ci ilin yaxınlığında burda Atbulax adlı yerin yaxınlığındakı daş karxanasında mişar təxminən 3 m dərinlikdəki daş qatını kəsərkən layla birlikdə naməlum heyvanın iri sümüklərini də kəsmişdir. Fəhlələr bunun nə sümüyü olduğunu bilməyərək Azərbaycan SSR-in Mədəniyyət Nazirliyinə xəbər vermişlər. Aşkarlanmış sümüklərin tədqiqindən sonra müəyyən edilmişdir ki, bu sümük vaxtilə Qobustanda yaşamış cənub filinin boyun fəqərəsinin VI sümüyüdür.

Tədqiqi

 
Poçt markası (1997).

Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə 1939 – 1940 – cı illərdə aşkara çıxarmışdır. 1941 – ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947 – ci ildə davam etdirilmişdir. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır.

Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında C. Rüstəmovun və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Böyükdaş dağındakı "Ana zağa" yaşayış məskənində aşkara çıxarılmış üç mədəni təbəqədən iki alt təbəqə bilavasitə daş dövrünə aiddir.

Qobustan abidəsi bir də onunla maraqlıdır ki, burda insan həyatı təxminən eramızdan əvvəl onuncu minilliklərdən başlayaraq ta XVIII əsrə qədər ardı-arası kəsilmədən davam etmişdir.

Qobustanda tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan SSR-in Nazrilər Soveti 1966 – cı il 9 sentyabr tarixli qərarı ilə Qobustan dövlət tarixi-bədii qoruğu elan etmişdir. Qoruq əsasən üç dağın (Böyükdaş, Kiçikdaş və Cingirdağ) yerləşdiyi böyük bir ərazini əhatə edir.

Yaşayış yerləri

Qədim qobustanlılar əsasən açıq havada yaşamışlar. Lakin şiddətli yağış və küləkli günlərdə onlar mağaralara, qayaaltı sığınacaqlara və ya baş-başa dayanan iri qayaların altına çəkilmişlər. Hələlik məlum olan qayaaltı sığınacaqların ən yaxşı nümunələri Böyükdaş və Kiçikdaş dağlarının cənub-şərqində yerləşən iri düşərgədir. Arxeoloqlar bu yaşayış yerlərinin birini "Çardaq zağa", digərini isə "Feyruz – 1" adlandırmışlar.

Bu düşərgələrin hər ikisinin tavanını qərbdən torpağa oturmuş iri yastı qaya təşkil edir. Mütəxəssislər güman edirlər ki, bu sığınacaqlarda yaşayanlar ev işlərinin bir hissəsini düşərgələrin yastı tavanı üstündə edirlərmiş. Belə düşərgələrdən biri də Böyükdaş dağının cənub enəcəyindəki "Yeddi Gözəl" mağarasıdır.

Böyükdaş dağındakı "Ana zağa" və "Ovçular zağası" baş-başa dayanan hündür qayalar arasında dayanan sığınacaqlardır. Bu mağaraların adını onları kəşf edən arxeoloq prof. İshaq Cəfərzadə qoymuşdur. Cingirdağdakı Yazılıtəpə də vaxtilə bu cür yaşayış yerlərindən biri olmuşdur. Lakin o yerlərin torpağı çox narın olduğundan və həmişə axar sular vasitəsiylə yuyulduğundan qayalar yerə oturmuş və əvvəlki vəziyyətlərini itirmişlər.

Ana zağa düşərgəsi

Qobustanda Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində qədim qayaüstü təsvirlər qeydə alınmış 29, 30, 31, 32 nömrəli qayaların arasında əmələ gəlmiş kiçik və iriölçülü, iki gözdən ibarət qayaaltı boşluqda aşkar edilmişdir. Yarıaçıq mağaranı xatırladan bu boşluğun divarlarını təşkil edən qayalar üzərində tarixin müxtəlif dövrlərində çəkilmiş yüzlərlə qayaüstü təsvirlər məmulatının qədim nümunələri saxlandığı şəkilli qayaların yarıya qədərinin olduğu kişik sahədə mərkəzi yer tutmasına, divarlarında və onlara bitişik dağlarda çoxsaylı qədim təsvirlər saxlandığına görə Qobustan qayaüstü təsvirlərinin ilk tədqiqatçısı İ.M.Cəfərzadə tərəfindən bu yerə "Ana zağa" adı verilmiş və "Ana zağa"nın 100 kv.metr sahəyə malik iriölçülü qərb kamerası arxeolaji qazıntı işləri aparılmaqla tətqiq edilib öyrənilmişdir.

 

Etnik mənşə

1972-ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki insan skleti aşkar olmuşdur. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.

Məşğuliyyətləri

İbtidai insanların həyat mübarizəsinin əsasını, başlıca olaraq acından ölməmək üçün yemək əldə etmək təşkil edirdi. Bunun üçün qədim qobustanlılar cürbəcür meyvə və bitkiləri yığmağa, heyvan ovlamağa məcbur olmuşlar. Silah (adi daş və dəyənək) bəsit, ov isə asanlıqla təslim olmayan ot və ətyeyən heyvanlar olmuşdur. O zaman ovçuluq sürək yolu ilə həyata keçirilmişdir. Qobustanlılar böyük dəstələrlə ova gedib otlaqlardakı heyvan sürülərini qova-qova Böyükdaş, Kiçikdaş və Cingirdağın üstünə qaldırır, sonra da arxa tərəfi kəsərək onları uçuruma tərəf yönəldirdilər. Hürkmüş heyvanlar özlərini təhlükədən xilas etmək üçün dağdan atılır və ovçulara yem olurdular. Bu prosesin deyilişi asan olsa da, icrası olduqca qorxunc və çətin olmuşdur. Min illərlə sürək yolu ilə ov edən qobustanlılar sonralar ox ixtira etmiş, daha sonra çöl heyvanlarını əhliləşdirə bilmişlər.

Dənizə yaxın ərazidə yaşayan Qobustan qəbilələri balıq da ovlamışlar. İçməli sudan bir az kənarda yaşayanların əsas peşələrindən, qayğılarından biri də yaşayış yerlərini su ilə təmin etmək olmuşdur. Onun üçün qobustanlılar mağaraların yanında yerə batmış böyük və yastı qayalarıı daşla döyərək oyur, iri su hovuzları düzəldirdilər. Bu hovuzlar yağış suyu ilə dolur və növbəti yağışa qədər qəbilənin ehtiyacını ödəyirdi. Yağış suyunu hər tərəfdən hovuza axıtmaq üçün qayanın üstündə dərin şırımlar açılırdı. Belə hovuzlar Böyükdaşda "Ana zağa", "Ovçular zağası" yaşayış yerlərinin yanında vardır.

Qədim qobustanlıların ən əsas məşğuliyyətlərindən biri də daş alətlər hazırlamaq olmuşdur. Onlar çay daşından döyəclər, kəsərlər, çaxmaq daşı qəlpələrindən xırda bıçaqlar, ox icad edildikdən sonra isə oxların daş uclarını və s. düzəldirdilər. Çox vaxt onların əsas məşğuliyyətlərindən biri də bəzək əşyaları hazırlamaq idi. Bu cür əşyalar əsasən daşdan və sümükdən düzəldilirdi. Qobustanda açılaraq tədqiq edilmiş qəbirlərdən və yaşayış yerlərindən tapılan bəzək əşyaları içərisndə yaxadan asılan daş, qaban və başqa heyvanların dişləri, üstü naxışlanmış sümük asmalar, cürbəcür muncuqlar və s. vardır. Orta daş dövrünü təmsil edən bu alətlər və bəzək əşyaları bu gün üçün çox bəsit görünsələr də zamanına görə olduqca ağır olan və böyük bədii zövq tələb edən zəhmətin məhsulu idi. Sonrakı dövrlərdə qobustanlıların maldarlıq və əkinçilik təsərrüfatına keçməsi üçün qədimdən miras qalmış əmək vərdişləri və təcrübə çox əhəmiyyətli bir təməl idi.

Qayaüstü təsvirlər

 
Böyükdaş dağında 8 nömrəli qayda gəmi təsviri

Qədim qobustanlıların hansı dildə danışmaları və ya ümumiyyətlə danşıb-danışmamaları elmdə mübahisə doğuran məsələlərdəndir. Lakin onlar özlərindən miras qoyduqları təsvirlər vasitəsiylə bu gün də özləri, yaşamları haqqında məlumat verməkdədirlər.

Min illərlə bir-birinin dalınca gələn nəsillər tərəfindən 1000-ə qədər qayada dönə-dönə çəkilmiş, bir-birini təkrar edən və etməyən 4-5 mindən artıq heyvan, insan şəkilləri, həyati macəralar, ov və rəqs səhnələri çox qədim bir rəssamlıq məktəbinin yaradıcılığıdır.

Rəsmlərin xeyli hissəsi yaşayış yerlərinin divarlarını təşkil edən iri qayalarda, bəzən də köhnə şəkillərin üstündən çəkilmişdir. Qayalardakı təsvirlər ilk vaxtlarda təbii böyüklükdə çəkilən heyvan və insan rəsmləri ilə başlayaraq sonralar ara-sıra, gah sxematikləşdirilmiş, gah kiçildilmiş, gah da təsvir edilən heyvan və insanların öz ölçülərinə yaxınlaşdırılmışdır. Xətlərlə ifadə olunan rəsmlərdə heyvanların və insanların bədən quruluşundakı nisbətlər böyük məharətlə gözlənilmişdir. Qədim rəsm ustaları təsviri böyük bacarıq tələb edən maral kimi heyvanların şəkillərini çəkərək bu vəzifənin öhdəsindən məharətlə gələ bilmişlər. Heyvan və insanların duruş maneraları şəkillərdəki dinamizmdən aydın surətdə oxunur.

Qobustan rəsmlərində nəzərə çarpan xüsusiyyətlərdən biri də odur ki, ovçuluqla məşğul olan insanların qıç əzələləri qabarıq şəkildə təsvir olunmuş, onların başları nisbətən kiçildilmiş və surət cizgiləri – burun, ağız, göz, qulaq və s. verilməmişdir. Mütəxəssislər bunu rəsm çəkənlərin bu hissəni düzgün çəkməyi bacarmadıqları ilə izah etməyin mümkün olmadığını qeyd edirlər. Çünki rəsm sahəsində onlar bundan daha çətin və mürəkkəb vəzifələrin öhdəsindən gələ bilmişlər.

 
Qayalarda təsvir edilmiş öküz təsvirləri

Qaya təsvirlərində qəbilə həyatının demək olar ki, bütün əsas cəhətləri öz real əksini tapmışdır. Sürək yolu ilə kollektiv ovçuluq ox icad edildikdən sonra formasını dəyişsə də, xeyli müddət kollektivliyini itirmir. Bu, Böyükdaşdakı 45 nömrəli qayada təsvir olunmuş oxla kollektiv ov səhnəsindən aydın görünür. "Yeddi Gözəl" mağarasında çəkilmiş şəkillərdən məlum olur ki, ovçuluqda qadınlar da iştirak edirlərmiş.

Böyükdaşda 126 nömrəli qayadakı şəkil də böyük maraq doğuran təsvirlərdəndir. Burada bir kişi, bir qadının əlindən tutaraq aparmaq istəyir, lakin qadın getmək istəmir. Şəkildəkilərin hər ikisi orta yaşlı insanlardır. Belə bir səhnə 128 nömrəli qayada da təsvir olunmuşdur. Bu təsvirdəki kişi ox və dəyənəklə silahlanmışdır.

Böyükdaşdakı 8 nömrəli və bir sıra başqa qayalarda çoxlu gəmi təsviri vardır. Bu gəmilərin burnunda şüalanmış günəş şəkli nəqş olunmuşdur. Buradan görünür ki, qobustanlılar gəmi vasitəsiylə dənizə çıxa bilirdilər.Bu gəmi təsvirləri , onların Ön Asiya və Yaxın Şərq ölkələri ilə ticarət əlaqələri saxladığını görsədir.

Böyükdaşdakı 258 nömrəli qayada sağ əlində uçmağa hazırlaşan şahin olan atlı şəkli çəkilmişdir. Buradakı 45 nömrəli qayada çəkilmiş inək şəklinin boynunda ip olması qobustanlıların çöl heyvanlarını əhliləşdirmələrindən xəbər verir. Bütün bu və digər rəsmlər elə bil ki, qobustanlıların həyatı haqqında səhifələrin daşlaşmış gözəl albomudur.

Qobustan Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən biridir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin oynadıqları Yallı rəqsini xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik zövqünü təmin etməklə yanaşı, həm də birgə ov zamanı hədəfə hamılıqla bir anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin yaranmasına kömək edirdi.

Qavaldaş

Böyükdaş və Cingirdağda olan və "Qavaldaş" adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir. Oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, zərb musiqi qurğusu – "Qavaldaş"ın yaradılması da musiqi zövqlərini təmin etmək, rəqs və mahnı mərasimləri düzəltmək üçün olduqca əhəmiyyətli idi.Qədim insanların boyu da 2 metr-ə çatırdı.

Cingirdağdakı "Qavaldaş"ın quruluşu belədir: təpənin döşündə yastıq kimi iki iri daşın üstündə üçüncü daş qoyulmuşdur. Bu daş altdakılar nisbətən xeyli yastıdır. Alt daşlarla üst daş arasında boşluq vardır və dərə ilə cərəyan edən hava axını bu boşluqdan keçir.

Böyükdaşdakı "Qavaldaş"ın quruluş forması bir qədər fərqli olsa da, prinsip etibarilə eynidir. Qurğu həmişə hava axını keçən dərədə quraşdırılmışdır. Qaya üstündəki iri yastı daşın altına bir tərəfdən daş dirsək qoyulmuşdur. Hər iki qavaldaş kiçik bir daşla döyəcləndikdə mis kimi cingiltili səs verir.

Bu möhtəşəm musiqi qurğuları bu gün də yerlərində durur və öz quruluşları, qeyri-adi səsləri ilə qoruğa gələnlərin böyük diqqətinə və heyrətinə səbəb olur.

Filmoqrafiya

  • Qobustan (film, 1967)
  • Daşlar danışanda (film, 1976)
  • Haqqın dərgahı (film, 1991)
  • Qobustan (film, 1991)
  • Qobustan (film, 1997)
  • Qobustan (film, 2005)

Şəkillər

Qobustan.jpg  Qobustan Petroglyphs.jpg  More Qobustan Petroglyphs2.jpg

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR