Slimfit
  1. AZƏRBAYCAN

“Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb

“Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb
Sakura

“Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb

“Qobu Park” yaşayış kompleksində məcburi köçkün ailələrinin yerləşdirilməsinə başlanılıb.

Report” xəbər verir ki, yeni mənzillərlə təmin edilən məcburi köçkün ailələrinin siyahısı mövcud qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən komissiya tərəfindən hazırlanıb.

Komissiyaya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, əraziləri işğal olunmuş və köçkünlərin müvəqqəti məskunlaşdığı rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələri daxildir.

Məcburi köçkünlərin yeni yaşayış yerinə köçməsi üçün nəqliyyat xidməti dövlət vəsaiti hesabına təmin edilir.

“Qobu Park” yaşayış kompleksinin ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, “K.Rəhimov küçəsi, 824/835” ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub.

Yeni mənzilə köçürülən ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildiriblər.

“Qobu Park”dakı mənzillərdə, əsasən, paytaxtın Nizami, Xətai, Suraxanı, Nərimanov, Səbail rayolarındakı, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə görə, qəzalı vəziyyətdə, yaşayış üçün təhlükəli hesab edilən binalarda, həmçinin müxtəlif tikililərin zirzəmilərində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri yerləşdirilirlər. Yeni binalarda hər bir ailə üçün yaşayış sahəsi komissiya tərəfindən müvafiq qayda və normalara uyğun olaraq müəyyənləşdirilir.

Dövlət Komitəsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsində şəffaflığın və ədalətin təmin edilməsi, neqativ hallara şərait yaradan amillərin tam aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirir.

Xatırladaq ki, Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan-Qobu yolunun 3 kilometr şərqində yerləşən və hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasından ibarət olan “Qobu Park” yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Kompleksin tikintisinə dövlət vəsaiti xərclənməyib, yaşayış kompleksinin maliyyələşməsində sahibkarlar iştirak ediblər.

Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir. Yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi yaradılıb. Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, kanalizasiya şəbəkəsi yaradılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR