Slimfit
  1. DÜNYA

Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək

Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək
Sakura

Qoa çimərliklərində sərxoş turistlər cərimələnəcək

Qoa hökuməti yaxın vaxtlarda çimərlik və turizm obyektlərində spirtli içki qəbul etmiş şəxsləri cərimə etməyə başlaya bilər.

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Indian Exspress" nəşri məlumat yayıb.

Bildirilir ki, cəriməni verməkdən imtina edən şəxslər 3 ay müddətinə həbs oluna bilərlər.

Hindistanın Qoa ştatının Nazirlər Kabineti turizm haqqında qanuna ictimai yerlərdə spirtli içki qəbuluna görə cəza nəzərdə tutan düzəliş edib.

Yeni qaydalar qüvvəyə mindikdən sonra, çimərliklərdə, turizm obyektlərində, mağazaların girişlərində spirtli içki qəbul etmiş hər bir şəxs polis tərəfindən təqribən 30 dollar cərimə olunacaq. Eyni cərimə istirahət yerlərində açıq havada yemək bişirən şəxslərə də şamil ediləcək.

Hökumət həmçinin çimərliyə butulka gətirməyə də qadağa tətbiq edəcək. Polisə çimərliyə şüşə butulka ilə gələnləri cərimələmək səlahiyyəti verilə bilər. Həmçinin çimərlik ərazilərdə şüşə butulkanı qıran şəxsləri də cəza gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR