Slimfit
  1. TEXNOLOGİYA

Qlobal televizor bazarının vəziyyəti bəlli olub

Qlobal televizor bazarının vəziyyəti bəlli olub
Sakura

Qlobal televizor bazarının vəziyyəti bəlli olub

Koreyanın “Samsung” və “LG” istehsalçılarının qlobal televizor bazarında payı təxminən 50%-ə yaxındır. Bu haqda “IHS Markit” analitik şirkətinin 2018-ci ilin birinci yarısı üçün hesabatında deyilir.
Fins.az xəbər verir ki, 2018-ci ilin birinci yarısında dünyada 99 milyon televizor satılıb ki, bu da ötən illə müqayisədə 7,9% daha çoxdur. Qlobal televizor tədarükünün 29%-i “Samsung Electronics”, 17,5%-i isə “LG Electronics” şirkətlərinin payına düşür. İki şirkətin qlobal televizor bazarında ümumi bazar payı 46,5%-ə bərabərdir. Xatırladaq ki, 2017-ci ildə bu göstərici 41,1% olub.
Çinin “Hisense” (5,7%) və “TCL” (5,6%) şirkətləri müvafiq olaraq dördüncü və beşinci yerləri bölüşdürürlər.
Analitiklərin məlumatına görə, qlobal televizor bazarında “Samsung” şirkəti 12 ildir liderliyini qoruyub saxlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR