Slimfit
  1. QADINLAR ÜÇÜN

Qızların gözəlliyinin 33 sirri

Qızların gözəlliyinin 33 sirri
Sakura

Xanımlar hər zaman, hər yaşda gözəlliklərini qorumağa meyllidirlər. Bunun üçün müxtəlif kosmetik vasitələrdən…

Xanımlar hər zaman, hər yaşda gözəlliklərini qorumağa meyllidirlər. Bunun üçün müxtəlif kosmetik vasitələrdən istifadəyə üstünlük verirlər.

Medpress.az xarici mətbuata istinadən bildirir ki, zəif cinsin nümayəndələrinin hər zaman gözəl qalmaları üçün təbii vasitələr də var. Bu vasitələri təsdim edirik.

1. Qırışlarla mübarizə üçün üzünüzə bal sürtün.

2. Yatmazdan əvvəl kastor yağını (hind yağı) vurmaq olar.

3. Saçınız töküləndə başınızın dərisinə bıtraq şirəsi çəkin.

4. Sıxılmış limon qalıqlarını əllərinizə və dirsəklərinizə sürtün.

5. Əlinizin dərinisinin cadar-cadar olan yerinə nişasta sürtün.

6. Kirşan qismində az miqdarda nişasta istifadə etmək olar.

7. Yağlı saçları qurutmaq üçün hər gün və ya günaşırı başınızın dərisinə qara çay dəmi çəkin.

8. Bədəni qəhvə çöküntüsü ilə pilinq etmək faydalıdır, lazımı keyfiyyəti bir neçə gün ərzində toplamaq olar.

9. Təzə sıxılmış çaytikanı şirəsi quru dəri üçün maska kimi tövsiyə olunur (1-1,5 xörək qaşığı.

10. Əgər rəngləmə zamanı xnaya 3-4 qaşıq kako əlavə etsəniz, saçlarınızın rəngi qırmızı ağac rəngi alacaq.

11. Tükünüz tökülürsə, hər gün başınızın dərisinə jojoba yağı sürtmək məsləhətdir. Quru dəriləri nəmləndirir. Saç qırılmasına mane olur.

12. Kəndalaş çiçəyinin şirəsi quru dərini ağardır, yumşaldır və canlandırır.

13. Quru və həssas dərini nəmləndirmək üçün gecə üzünüzə az həcmdə suya qarışdırılan jojoba yağı vurun.

14. Dırnağınız mütəmadi qaralırsa, yemək qəbulundan yarım saat əvvəl bir xörək qaşığı duzlu xiyar suyu için.

15. Üzün rəngini yaxşılaşdırmaq üçün bal və duz qarışığının maskasını etmək lazımdır, onlar cavanlaşdırıcı təsir göstərir.

16. Lavandanın və çay ağacının efir yağları təbii antiseptiklərdir, sızanaqlarla mübarizə aparmağa kömək edir.

17. Üzünüzü mineral suda şəkər parçası ilə dəmlənmiş çayı səhər və axşam silin. Hər dəri üçün münasibdir.

18. Mütəmadi nanəli çay içmək sizin dərinizə açıq çəhrayı rəng və təravət verir.

19. Kastor yağı ilə rom qarışığını qaş və kirpiklərə sürtmək faydalıdır.

20. Üz dərisinin dərin təmizlənməsi üçün limon şirəsi və çalınmış yumurta sarısından istifadə edin. Üzə sürtmək lazımdır.

21. Əlin dərisinin yumşaldılması üçün bərabər miqdarda sirkə və bitki yağından ibarət qarışığı sürtün.

22. Yatmazdan əvvəl üzünüzə və əllərinizə zeytun yağı və limon şirəsinin bərabər qarışığını çəkin.

23. Üzün dərisinin təmizlənməsi üçün yulaf yarmasını su və sadə yoqurtla qarışdırıb istifadə edin.

24. Sızanaqları aradan götürməyə az miqdarda bal və ovulmuş alma maskası yaxşı kömək edir.

25. Hamiləlik zamanı dartılıb uzanmaması üçün qarnınıza kakao yağı sürtün.

26. Kalanxoe bitkisinin təzə şirəsini su (1:3) ilə qarışdırıb allergiya zamanı istifadə etmək lazımdır.

27. Saçların möhkəmləndiriləməsi üçün xalq vasitəsi – rəngsiz xna ilə isti kefirin qarışdırılmış maskası.

28. Saçların möhkəmlənməsi üçün bişmiş qarabaşaqın suyundan da istifadə edə bilərsiniz.

29. Nazik saç üçün yumurta sarısını və xörək qaşığı bitki yağı ilə çalıb maska kimi istifadə edin.

30. Saçın tökülməsi zamanı yumazdan bir saat əvvəl başınızın dərsinə bərabər miqdarda kastor yağını rom qarışığı ilə sürtün.

31. Saçınızın möhkəmlənməsi üçün hər dəfə yuduqdan sonra başınızın dərisinə gicitkən (1 xörək qaşığı gicitkəni 200 qram suda qaynadın) arağı sürtün.

32. Sağınızın güclü və ipək kimi olması üçün airi kökü, gicitkən yarpağı və pıtraq (hər şey eyni miqdarda) həlimi ilə yuyun.

33. Gümüş qaşıqla üz maskası: qaşığı müxtəlif temperaturda ot həliminə salır və sifətin xüsusi xətlərinə çəkirsiniz. İnanılmaz effektlidir!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR