Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qızıl südün inanılmaz faydaları

Qızıl südün inanılmaz faydaları
Sakura

Qızıl südün inanılmaz faydaları

Qızıl süd adlanan unikal içki bədəndən artıq duzları atır, damarları və oynaqları təmizləyir. Onun sayəsində uzun fiziki məşqlərdən sonra narahatlıq yaşanmır.

Publika.az xəbər verir ki, qiymətli cövhərin resepti çox sadədir. Əsas tərkib hissələri süd və sarıkökdür. İnqrediyentlərini istənilən mağazadan əldə etmək olar. Lakin yaxşı olardı ki, sarıkökü Hind ədviyyatlarının satıldığı mağazalardan alasınız.

Qızıl süd o qədər faydalı içkidir ki, onu hər axşam hər kəs içə bilər. Sarıkökün antiinflamatuar təsirini qiymətləndirmək çətindir, çünki o hətta xərçəng hüceyrələrinə qarşı aktivdir, çünki tərkibində çoxlu antioksidanlar var.

Qızıl südün faydaları nələrdir?

Antiseptikdir.

Anti-kanserogen xassələrə malikdir.

Tərkibinə xolesterini nizamlayıcı maddələr daxildir.

Həzm sistemini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

Qaraciyəri detoktasiya edir.

Maddələr mübadiləsini və çəkini normaya salır.

Orqanizmdə təzyiqi balansda saxlayır.

Baş beyin fəaliyyətini yaxşılaşdırır.

Dəri xəstəliklərinə müalicəvi təsir göstərir.

Əsəb pozulmaları zamanı müsbət təsir edir.

Hüceyrələri yeniləyərək dərinin qocalma prosesini ləngidir.

Saçlar üçün faydalıdır.

Bədənə yüksək enerji verir.

Qalxanabənzər vəzi xəstələri üçün faydalıdır.

Oynaq ilə revmatizm xəstəliklərinə müalicəvi təsir edir.

İmmuniteti gücləndirir.

Baş ağrısı, diş ağrısı kimi ağrıkəsici təsiri var.

Mədə xəstəliklərində istifadə edilir.

Qara ciyəri təmizləyir və yağlanmanı azaldır.

Yaddaşı gücləndirir.

Möcüzəvi içkinin hazırlanmasında əsas detal sarıkökə nə qədər istiot əlavə olunmasıdır. İstiotun tərkibindəki piperin maddəsi var ki, o, sarıkökün bədən tərəfindən aktiv mənimsənilməsini iki dəfə artırır.

İlk növbədə sarıkökdən məcun hazırlamalısınız.

İnqrediyentlər:

1/4 fincan toz halında sarıkök

1/2 çay qaşığı üyüdülmüş istiot

1/2 stəkan təmiz su

Bütün inqrediyentləri qarışdırıb zəif odda daim qarışdıraraq bir az bişirin. Bu məcunu bankaya töküb soyuducuda saxlamaq olar, hər dəfə yenisini hazırlamaq lazım deyil.

Qızıl südün inqrediyentləri:

1 fincan badam südü (hindqozu suyu da ola bilər)

1 çay qaşığı kokos yağı

1/4 çay qaşığı və ya daha çox sarıkök məcunu

Bal

Hazırlanması:

Baldan başqa bütün ərzaqları qarışdırıb odda bişirin, amma qaynama dərəcəsinə çatdırmayın. Soyuyanda üzərinə zövqə görə bal əlavə edin. Yadda saxlayın ki, bal qaynadıqda faydalı xassələrini itirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR