Slimfit
  1. MƏDƏNİYYƏT

“Qızıl məscid” yaşayış məskəni: Tariximizin daha bir açılmamış səhifəsi

“Qızıl məscid” yaşayış məskəni: Tariximizin daha bir açılmamış səhifəsi
Sakura

“Qızıl məscid” yaşayış məskəni: Tariximizin daha bir açılmamış səhifəsi

 

Salyanda bir çoxlarına məlum olmayan “Qızıl məscid” yaşayış məskəninin tarixinin araşdırılmasına ehtiyac var.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində mövcud olmuş bu yaşayış məskəninin adına tarixi mənbələrdə çox az rast gəlinir.

Sovet dönəmində yaşayış məskəninin ərazisini öyrənmək və dəqiqləşdirmək üçün yetərincə tədqiqat işləri aparılmayıb.

Tarixçi-tədqiqatçı Sahib Həsənovun sözlərinə görə, XII-XIII əsrlərə təsadüf edilən “Qızıl məscid” yaşayış məskəninin 1300 hektara yaxın ərazisi olub. Qızılı rəngdə boyandığına görə onu “Qızıl məscid” adlandırıblar.

Rusiyalı tədqiqatçı Avdeyevin 1930-cu ildə çapdan çıxan “Cənub-Şərqi Şirvan düzü və Salyan çölü, köçəri maldarlıq, oturaq əhalinin iqtisadiyyatı” adlı kitabında “Qızıl məscid”in adı çəkilir.

Tarixi mənbələrə görə, “Qızıl məscid”in ərazisi şimalda II Varlı, qərbdə Kürsəngi kəndi, şərqdə Qırxçıraq, cənubda indiki Şirvan dövlət qoruğunun bir hissəsini əhatə edib. 

50-ci illərin əvvəllərində Yenikənd kəndinin sakinləri bu ərazilərdə əkin-biçinlə məşğul olarkən xeyli sayda şirli-şirsiz saxsı qablar, çıraqlar, 200 litr su tutan küplər və digər maddi mədəniyyət nümunələri aşkar ediblər. O dövrdə əllə qazılmış “Qızıl məscid” su kanalı isə bu günümüzə qədər gəlib çatıb. İndinin özündə də bu kanala “Qızıl məscid” kanalı deyilir.

Orta əsrlərə aid olan “Qızıl məscid” yaşayış məskəninin torpaq qatı maddi-mədəniyyət nümunələri ilə olduqca zəngindir. Burada arxeoloji qazıntıların aparılmasına ciddi ehtiyac duyulur.

Əgər bu yaşayış məskəninin ərazisində arxeoloji qazıntılar aparılarsa, tariximizin daha bir qaranlıq səhifəsi açıla bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR