Slimfit
  1. İDMAN

“Qızıl əlcək” klubunun üzvləri beynəlxalq turnirdə 13 medal qazanıblar

“Qızıl əlcək” klubunun üzvləri beynəlxalq turnirdə 13 medal qazanıblar
Sakura

“Qızıl əlcək” klubunun üzvləri beynəlxalq turnirdə 13 medal qazanıblar

Gürcüstanda K1 versiyası üzrə beynəlxalq kikboksinq turniri keçirilib. SİA-nın məlumatına görə, yarışda ölkəmizi uğurla təmsil edən “Qızıl əlcək” idman klubunun yetirmələri 9 qızıl və 4 gümüş medal qazanıblar.

Kadetlər kateqoriyasında Dursun Nağıyev (32 kq), Nadirhüseyn Hüseynov (42 kq), Kanan Baxsıyev (30 kq), Raul Abdullayev (39 kq) qızıl, Nurlan Zamanov (36 kq), Bahadur Bəylərov (45 kq) gümüş medal qazanıblar. Yeniyetmələrin yarışında isə Amin Məmmədzadə (36 kq), Nihat Tağızadə (39 kq), İsa Məmmədov (48 kq) birinci, Riyad Cəfərov (45 kq) ikinci yeri tutublar. Gənclər arasında isə Məhəmməd Quluzadə (71 kq) qızıl, Fəqan Əhmədov (54 kq) gümüş medal əldə ediblər.

Peşəkarlar arasında keçirilən yarısda isə Ucar Kərimov (60 kq) gürcüstanlı rəqibinə qalib gələrək RMG beynəlxalq kəmərinin sahibi olub.

Turnirdə Azərbaycan komandası ilə yanaşı, Gürcüstan, Türkiyə, Ukrayna, İran, Ermənistan yığmaları da mübarizə aparıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR