Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qızıdırma ölümə səbəb olur: Temperaturun nədən qalxdığı dəqiqləşdirilməlidir

Qızıdırma ölümə səbəb olur: Temperaturun nədən qalxdığı dəqiqləşdirilməlidir
Sakura

Qızıdırma ölümə səbəb olur: Temperaturun nədən qalxdığı dəqiqləşdirilməlidir

 Balakən rayonunda azyaşlı oğlan vəfat edib. Balakən şəhər sakini, Tural Mahatovun 10 yaşlı oğlu Turan qəfil ölüb. Belə ki, azyaşlının qızdırması yüksəlib və tibbi müdaxilə nəticəsiz olub.

Azyaşlının ölümü ilə bağlı fikrilərini Sherg.az-la bölüşən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, qızdırma zamanı ölüm hallarının baş verməsi mümkündür. Lakin bu qızdırmanın hansı səbəbdən yarandığını dəqiqləşdirmək lazımdır.

Həkimin sözlərinə görə, ola bilsin ki, dünyasını dəyişən azyaşlı qıcolma keçirib, qızdırma nəticəsində vəfat edib: “Qızdırmanın kəskinləşməsi virus infeksiyası, yuxarı və aşağı tənəffüs yollarındakı problemlər zamanı da baş verir. Həmçinin ürək problemi olan uşağın da qızdırma nəticəsində dünyasını dəyişməsi baş verə bilər. Ümumiyyətlə, bu hadisənin yaşanma səbəbləri çoxdur. Yəqin bir neçə gündür ki, uşağın qızdırması olub və valideynləri əhəmiyyət verməyiblər. Müalicə götürmədən və həkimə müraciət etmədən azyaşlını taleyin ümidinə buraxıblar. Beləliklə hadisə bədbəxt sonluqla nəticələnib.

Ana bilməlidir ki, uşağın hansı problemi var. Amma çox güman ki, qızdırmadan dünyasını dəyişməsinin səbəbi qıcolmadır. Çünki adətən epilepsiyadan əziyyət çəkən uşaqlarda qızdırma qalxan zaman təhlükələr baş verir. Qızdırma qalxan zaman belə uşaqlarda qıcolma sindromu, boğulmalar, dil qatlanması olur. Belə olan halda ölüm temperaturdan yox, temperaturun yaratdığı fəsaddan baş verir. Həmçinin daxili təzyiqlə doğulan uşaqlar da yüksək hərarət zamanı problemlə üzləşə bilirlər. Amma dəqiq məlumat vermək mümkün deyil, ona görə də araşdırma aparılmalıdır”.

Ş.Namazlı qeyd edib ki, bəzən valideynlərdə, xüsusilə rayon yerində yaşayanlarda məsuliyyətsizlik olur: “Bəlkə də uşağın ürəyində olan problem və ya tənəffüs sistemindəki vəziyyət ölümə səbəb olub. İlk növbədə məsuliyyət validyenin üzərinə düşür. Eyni zamanda məktəblər də belə hallara ciddi yanaşmalıdırlar. Çünki qızdırması olan uşaqlar məktəbdəki tibb işçisi tərəfindən yoxlanmalıdır. Qarşılıqlı olaraq məsuliyyət hər iki tərəfə aiddir. Bəzən hadisə baş verəndən sonra əl-ayağa düşürlər. Sadaladığımız problemlər olursa, bu zaman vəziyyət ciddiləşər, hətta ölüm halları baş verir. Xüsusilə valideynlərin məsuliyyətli olmasında yarar var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR