Bununla da qohumlarına dərs verdi.
Uqandadan olan 32 yaşlı Lulu Cemayma həmişə yaxşı təhsil və başdöndürən karyera arzulayıb, amma qohumları qız üçün əsas toyun və uşaqların olmasını deyirdilər.
Nəticədə qohumların və dostların ərə getmək haqqındakı suallar Lulunu o qədər bezdirdi ki, onlara dəsr vermək qərarına gəldi. Qız onun sevgilisinin olduğunu söyləyir və bir neçə ay ərzində “görüşə gedir”. Doğrudur, sevgilisini qohumları ilə tanış etməyə tələsmirdi.
Bir müddət sonra Lulu çoxdan gözlənilən xəbəri çatdırdı: o ərə gedir. Amma gələcək əri haqqında suallara o başıaşağı cavab verirdi. Təyin olunmuş gündə yerli barda qohumlar bir yerə toplanır. Amma burada onları sürpriz gözləyirdi - aydın oldu ki, heç bir ər yoxdur, Lulu özü özünə ərə gedir. Toy paltarında dayanan qız sədaqət andı içdi və özünə əbədi sevgisini etiraf etdi.
Dostları bu çox əyləndirdi, valideynləri isə ciddi mənada əsəbləşdilər. Gəlinin sözlərinə görə, bundan sonra atası onunla danışmamağa başladı. Yeri gəlmişkən, Cemayma saxta toydan sonra Oksford Universitetinə daxil oldu və Uqandadan Böyük Britaniyaya köçdü.
Mənbə:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət