Slimfit
  1. CƏMİYYƏT

Qiymətlər qalxan kimi cərimələr də “bahalaşır”

Qiymətlər qalxan kimi cərimələr də “bahalaşır”
Sakura

Qiymətlər qalxan kimi cərimələr də “bahalaşır”

Neçə illərdir Bakı şəhərində metro tikintisi yüksək səviyyədə aparılmır və tələbatı ödəmir. Təsəvvür edin, “Sədərk” kimi böyük bir yarmarkada, Binədə metro yoxdur. Bakıxanovda illərdir metro açılacağını deyirlər, açılmır. Bütün yükü yalnız avtobus daşımalı olur.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

“Avtobus üçün də yeni yol çəkilmir. Avtobus üçün bir zolaq ümumi yoldan ayrılır, bu da tıxacın əsas səbəblərindən birinə çevrilir. Bu yola da çıxanlar cərimə olunur. Cərimə ənənəsi Azərbaycanda artıq vergi və rüsumdan sonra ən aktual məsələyə çevrilib. Müəyyən dərəcədə vətəndaşlar, sahibkarlar vergi və rüsum ödəyirsə, eyni zamanda onun belinə cərimə yükləyirlər. Bunun altından qalxmaq vətəndaş üçün çətin olur. Hər dəfə müxtəlif cərimə formaları gəlir. Deyildi ki, cərimələr artmır. Burada ən ədalətli cərimə 10 manatdan 20 manata qaldırılma oldu. Qalan bütün cərimələr ədalətsizdir. Çünki 20 manat bu gün Azərbaycanın az maaş alan vətəndaşları üçün böyük puldur”, - millət vəkili deyilib.

Onun sözlərinə görə, Bakıda 1 milyondan artıq maşın var, amma park yerinin sayı 20-30 min arasındadır:

“Vətəndaş nə etsin? Belə fikir yaranır ki, dünya bazarında cərimələrin də qiyməti qalxıb. Nəyin qiyməti qalxırsa, gətirib Azərbaycanda cərimələrə tətbiq edirlər. Artıq dövlət qurumları cərimələr üzərində istədikləri kimi sərəncam verirlər. Bu, heç də işçilərin sosial müdafiəsinə yönəlmir. Buna ayrı-ayrı məmurların faydasına olan proses kimi baxırlar”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR