Slimfit
  1. MARAQLI

Qışda su içmək üşüməyi azaldır

Qışda su içmək üşüməyi azaldır
Sakura

Qışda su içmək üşüməyi azaldır

Qış aylarında sağlam qidalanma xəstəliklərə və depressiv hallara qarşı sizi qoruyan əsas qalxandır. Türkiyəli dietoloq Duyğu Yıldırım qış aylarında su içməyin üşüməyi azaltdığını söyləyib. O bildirib ki, su içmək bədənin istiliyini normada saxlayır. Gün ərzində qadınlar 10, kişilər 14 stəkan su içməlidir. Günəşin azalması ilə əhvalının pisləşdiyini hiss edənlərə də bu yaxşı təsir edəcək. Eyni zamanda gündəlik qida rasiyonuna pendir, alma, banan, lobya, noxud kimi qidaları da əlavə etmək önəmlidir. Bu məhsullar xoşbəxtlik hormonlarını artırır.

Əhval-ruhiyyəmizin necəliyi yediyimiz qidalara bağlıdır

"Xoşbəxtlik hormonu olaraq da bilinən serotoninin sintezi triptofanın varlığından asılıdır. Yüksək proteinli qidalar triptofanın beyinə daxil olmasını azaldır. Buna görə də qidalanmada karbohidrat və protein balansının gözlənilməsi vacibdir. Pendir, qoz, fıstıq, qırmızı lobya, noxud, badımcan, ispanaq triptofanı ehtiva edən qidalar sırasındadır. Tədqiqatlar göstərir ki, gündəlik balıq istehlakı və ya gündə 1 qram balıq yağı depressiya riskini azaldır. Eyni zamanda 1-2 stəkan yaşıl çay da stress səviyyəsini aşağı salır. B vitamini və fosfor ehtiva edən alma depressiyanın müalicəsində təsirli olur. Bananın tərkibindəki kalium sayəsində, psixoloji gərginlik və narahatlıq hissinin öhdəsindən gəlməkdə təsirli olduğu göstərilmişdir".

Səhər yeməyi çox önəmlidir

"Günboyu enerjili və əhval-ruhiyyənizin yüksək olmasını istəyirsinizsə səhər yeməyinizə diqqət edin. Səhər yeməyini bir fincan südlü qəhvə ilə yola vermək düzgün deyil. Bunun əvəzinə seçiminiz bir boşqab qurudulmuş meyvə, mövsümü göyərti, pendir, yumurta və çörək olsun. Yağlı yeməklər əvəzinə sizi tox tutacaq qidalara üstünlük verin".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR