Slimfit
  1. MARAQLI

Qışda niyə kökəlirik?

Qışda niyə kökəlirik?
Sakura

Qışda niyə kökəlirik?

Qış aylarında kiçik bir çəki artımı orqanizmin soyumasına qarşı bioloji təsir göstərir. İnsan genetik olaraq soyuq havalarda çəki artımına meyillidir. Qışda günəş şüaları kifayət qədər az olduğuna görə bəzi insanlar mövsümi dəyişikliyi hiss edib depressiyaya düşürlər.

"Qafqazinfo" xəbər verir ki, qışda yaya nisbətən günün qısa, gecənin uzun olması ilə əlaqədar bədən kifayət qədər D vitamini almır, bu da immun sisteminin zəifləməsinə təsir göstərir. Bundan əlavə, havanın hərarəti endikcə bədənin soyuqla mübarizəsi üçün daha çox enerjiyə ehtiyacı olur, buna görə də qışda ilin digər dövrlərinə nisbətən çox qida qəbul edirik.

Fizioloji proseslərin mövsümi dəyişkənliyi gündəlik tezliyə bənzəyir, yəni bədənin vəziyyəti qışda və ya yayda gecə və gündüz kimidir. Yayla müqayisədə, qışda qan şəkərinin səviyyəsinin azalması, adenozintrifosfatın (ATP) miqdarının və xolestrolun artması, metabolizmin yavaşlaması çəki artımına səbəb olur. 

Qışda qışda çəki artımının qarşısını almaq üçün isə, idman etmək, təmiz hava qəbul etmək lazımdır. İçərisində yağ yanma mexanizmini sürətləndirən və daha çox çəki verməyə kömək edən - yoğurt, qatıq, bərk pendir növləri kimi süd məhsullarının qida rasionuna daxil edilməsi tövsiyə olunur. Bundan başqa, əksəriyyət qışda su tələbatını unudur. Bir çox hallarda, insan sanki qida qəbul etmək istəyir, əslində bu, susuzluq olur və tez-tez aclıq hissi ilə qarışdırılır. Su metabolik proseslərdə iştirak edir və vücudumuzun ayrılmaz tərkib hissəsidir. Mütəxəssislər bildirir ki, gün ərzində 2 -2,5 litr su qəbul edənlər qışda çəki artımı problemi ilə üzləşməyəcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR