Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qış vaxtının ləğvi şagirdlərə mənfi təsir edir – Ekspert

Qış vaxtının ləğvi şagirdlərə mənfi təsir edir – Ekspert
Sakura

Qış vaxtının ləğvi şagirdlərə mənfi təsir edir – Ekspert

Nazirlər Kabineti yay-qış vaxtının ləğv edilməsi barədə 2016-cı qəbul etdiyi qərar 4500-dən çox orta məktəbdə oxuyan 1.5 milyon şagirdimizin qış aylarında hələ hava tam işıqlanmamış evdən çıxmasına səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsi, onlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə gətrib çıxarır:

“Səhər saat 08.00-da məktəbdə olmaq üçün uşaqlar saat 07.00-da və daha tezdən yuxudan oyanmalıdırlar. Saatlar irəli çəkilməyəndə isə bu saat 06.00 deməkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06.00-da Günəş üfüqdə görünmür. Qış aylarında səhər saat 07.00, hətta 08.00-da belə qaranlıq olur”.

Ekspert onu da bildirib ki, saatların yay və qış vaxtına görə çəkilməməsinin heç bir müsbət nəticəsi yoxdur:

“Bu qərarın kifayət qədər mənfi tərəfi var. Tədqiqatlara əsaslanaraq təklif edirəm ki, Azərbaycanda saat əqrəblərinin irəli və geri çəkilməsi payızda yenidən tətbiq edilsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR