Slimfit
  1. DÜNYA

Qış aylarında koronavirus daha da şiddətlənəcək - Xəbərdarlıq

Qış aylarında koronavirus daha da şiddətlənəcək - Xəbərdarlıq
Sakura

Qış aylarında koronavirus daha da şiddətlənəcək - Xəbərdarlıq

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu qeyd edib. O, səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib.

“Bu vəziyyətdə xəstəxanaların yükü artacaq. Temperatur, öskürək və boğaz ağrısı simptomları olan insanlar COVID-19 şübhəsi ilə xəstəxanalara müraciət edəcək. Bu da klinikalarda yükün artmasına səbəb olacaq. Əslində həkimlərin ən böyük qorxusudur. Odur ki, həqiqətən yüksək temperaturu və tənəffüs yolları problemi olan ciddi xəstələrin müraciət etməsi iş yükümüzü yüngülləşdirməyə kömək edəcək.

Ümumi qaydalara diqqət yetirməklə yoluxma riskini azalda bilərsiniz. Buraya gigiyena qaydaları, sosial məsafə və maska daxildir”, - mütəxəssis vurğulayıb.

Epidemiyanın yayılması baxımından yas, toy və əyləncə tədbirlərinin böyük risk yaratdığını qeyd edən həkim ticarət mərkəzlərində də az vaxt keçirməyi məsləhət görüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR