Dərc edildi: Baxış sayı: 309
Qırmızı Xaçdan saxlanan əsgərlərlə bağlı açıqlama
Beynəlxalq Qızıl Xaç Komitəsi iki azərbaycanlının məsələsi barədə məlumatlıdır. Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.
Bu haqda Axar.az-a BQXK-nın ölkəmizdəki nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa və ya davam etdirmək üçün şərait yaradır:
“BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət