Dərc edildi: Baxış sayı: 853
“Qırmızı kitab”a düşən quşları ovlayanlar cəzalandırıldı
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu ərazisində keçirilən reydlər nəticəsində üç ədəd ov tüfəngi, 38 ədəd patron və iki ədəd “Qırmızı kitab”a düşmüş turac quşu götürülüb.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.
İdarə əməkdaşları tərəfindən dəniz kənarında fəaliyyət göstərən və sanitariya qaydalarına riayət etməyən, ətraflarında tullantılar olan bir neçə obyektlə bağlı da müvafiq tədbirlər görülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət