Dərc edildi: Baxış sayı: 889
"Qırmızı kitab"a düşən maral ovlandı
6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.
İdarə əməkdaşlarıdərhal səs gələn dolaya gələrək birdişi maralın vurulduğunu qeydə alıblar. Brokonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün qəbələ rayon polis şöbəsinə müraciət edilib.
Hazırda adı"qırmızı kitab"a düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır.
Mənbə: Xəzərxəbər.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət