Slimfit
  1. TƏBİƏT

“Qırmızı kitab”a düşən ayını ovlayanlar saxlanılıb

“Qırmızı kitab”a düşən ayını ovlayanlar saxlanılıb
Sakura

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşən qonur…

Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşən qonur ayı ovlanıb. 

Femida.az DİN-ə istinadən xəbər verir ki, qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.

R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR