Slimfit
  1. DÜNYA

Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarında 2 mindən çox idmançı iştirak edəcək

Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarında 2 mindən çox idmançı iştirak edəcək
Sakura

Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında 79 ölkənin nümayəndəsi iştirak edəcək.

Qırğızıstanda keçiriləcək üçüncü Dünya Köçəri Oyunlarında 79 ölkənin nümayəndəsi iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu oyunların təşkilatçıları bildirib.

Qeyd olunub ki, üçüncü Dünya Köçəri Oyunları sentyabrın 2-8-də İssık-Kul gölünün sahilində Çolpon-Ata şəhərində baş tutacaq. Müsabiqəyə Rusiya, Avstraliya, Macarıstan, Küveyt, Meksika, Hollandiya, ABŞ, Çili, İsveçrə, Yaponiya və digər ölkələrdən ümumilikdə 2,3 mindən çox idmançı qatılacaq.

Turniri 50 ölkədən 500-dən çox jurnalist işıqlandıracaq.

Qırğızıstan Dövlət Gənclər, Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Kanat Amankulovun sözlərinə görə, turnirin açılış mərasimini Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin, eləcə də Macarıstanın baş nazirinin izləyəcəyi gözlənilir.

Qeyd edək ki, Dünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə keçirilib. Qırğızıstan üçüncü dəfə tədbirə ev sahibliyi edəcək. Növbəti oyunların başqa ölkədə keçiriləcəyi gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR