Slimfit
  1. DÜNYA

Qırğızıstan koronavirusun 2-ci dalğasına hazırlaşır

Qırğızıstan koronavirusun 2-ci dalğasına hazırlaşır
Sakura

Qırğızıstan koronavirusun 2-ci dalğasına hazırlaşır

Qırğızıstanın Baş Naziri Kubatbek Boronov payızda ölkədə gözlənilən koronavirusun ikinci dalğasına görə tibb müəssisələrinin hazırlanmasını aktivləşdirməyi tapşırıb.

Modern.az “İntefaks”a istinadən bildirir ki, bu barədə Qırğızıstan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.  

“Mütəxəssislərin proqnozlarına görə, COVID-19 epidemiyasının ikinci dalğası payızda gözlənilir. Bütün tibb müəssisələri istənilən ssenari üçün hazır olmalıdır”, - Boronov deyib.

Baş Nazir, həmçinin COVID-19 xəstələri ilə işləyən həkimlərin sağlamlığına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, indiyədək Qırğızıstanda 28 980 yoluxma, 1 111 ölüm halı qeydə alınıb, 15 536 nəfər sağalıb. Ölkədə 12 333 aktiv koronavirus xəstəsi var ki, onlardan da 24-nün vəziyyəti ağır qiymətləndirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR