Slimfit
  1. CƏMİYYƏT

Qırğızıstan cinayətkar qrupun beş üzvünü Azərbaycana təhvil verib

Qırğızıstan cinayətkar qrupun beş üzvünü Azərbaycana təhvil verib
Sakura

Qırğızıstan cinayətkar qrupun beş üzvünü Azərbaycana təhvil verib

Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan mütəşəkkil cinayətkar qrupun beş üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat Mərkəzi məlumat yayıb.

“Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir.

Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət - sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib.

Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR