Slimfit
  1. DÜNYA

Qırğız Respublikasında yoluxanların sayı 840-ı ötdü

Qırğız Respublikasında yoluxanların sayı 840-ı ötdü
Sakura

Qırğız Respublikasında yoluxanların sayı 840-ı ötdü

Qırğız Respublikasında ötən sutka koronavirusa 13 nəfərin yoluxduğu, 1 nəfərin isə bu infeksiyadan öldüyü qeydə alınıb.

Report” “RİA Novosti”yə istinadə xəbər verir ki, bunu Respublikanın Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının sayı 843-yə yüksəlib.

Qırğız Respublikasında indiyədək 11 nəfər COVID-19-un qurbanı olub. 600 pasiyent isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 657 000-i ötüb. Bunların 1 202 735 nəfəri sağalıb, 252 548 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR