Slimfit
  1. SİYASƏT

Qırğız prezidenti: 'Azərbaycanın Türk Şurasına sədrliyinin səmərəli olacağına şübhəm yoxdur'

Qırğız prezidenti: 'Azərbaycanın Türk Şurasına sədrliyinin səmərəli olacağına şübhəm yoxdur'
Sakura

Qırğız prezidenti: 'Azərbaycanın Türk Şurasına sədrliyinin səmərəli olacağına şübhəm yoxdur'

"Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasından 10 il ötür və sammitin Azərbaycanda keçirilməsi çox sevindiricidir”.

Report” xəbər verir ki, bunu Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Bakıda keçirilən Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının VII zirvə görüşündə bildirib.

"Ölkələrimiz arasında iqtisadi, ticarət, investisiya sahəsində böyük potensial var. Məsələn, bu gün ölkələrimiz arasında nəqliyyat dəhlizlərinin yaradılmasını təklif etdim. Qırğızıstan və Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması Türk Şurasından olan tərəfdaşlarımız üçün 190 milyonluq bazara çıxış imkanı yaradır. Azərbaycanın sədrliyi ilə Türk Şurası iqtisadiyyat, ticarət investisiya sahəsində islahatları davam etdirəcəyinə əminəm. Bütövlükdə Azərbaycanın təşkilata sədrliyinin olduqca səmərəli keçəcəyinə şübhəm yoxdur”, - deyə o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR