Slimfit
  1. İDMAN

Qılıncoynadanlarımız Antalyada bürünc medal qazanıblar

Qılıncoynadanlarımız Antalyada bürünc medal qazanıblar
Sakura

Qılıncoynadanlarımız Antalyada bürünc medal qazanıblar

Antalyada 14 yaşadək qılıncoynadanlar arasında beynəlxalq turnir keçirilib.

AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, 3 silah növündə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İordaniya, Küveyt, Rusiya, Gürcüstan və Özbəkistanı təmsil edən idmançılar iştirak ediblər.

Qılıncoynadanlarımız sablya, rapira və şpaqada qüvvələrini sınayıblar. Komandamızın heyətində ən yaxşı göstərici Zərifə Hüseynova və Mirxətai Məmmədova məxsusdur. Qrup mərhələsində keçirdiyi bütün görüşləri qalib başa vuran Z.Hüseynova pley-off mərhələsində 3 qələbə qazanaraq dörddəbir finala yüksəlib. Z.Hüseynova ən güclü 4-lüyə yüksəlmək uğrunda görüşdə Sena Gökçə Üstünə 10:15 hesabı ilə uduzub. Digər qılıncoynadanımız Mirxətai Məmmədov 10 yaşlı şpaqaçıların yarışında fərqlənib. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran təmsilçimiz də turnirin dörddəbir finalınadək irəliləməyi bacarıb. Şpaqaçımız yarımfinala gedən yolda Aslan Çağan Çelikkayalıya 4:8 hesabı ilə məğlub olub.

Ümumilikdə 100-ə yaxın 14 yaşadək qız şpaqaçıların yarışında isə təmsilçilərimizdən Alfiyə Abdinova yekun sıralamada 11, Nazilə Rəhimova isə 14-cü olublar. Digər şpaqaçımız Raul Aruslanov isə müvafiq yaş kateqoriyası üzrə 115 iştirakçının yarışdığı turnirdə 16-cı sırada qərarlaşıb.

Zərifə Hüseynova və Mirxətai Məmmədov ən güclü 8-liyə vəsiqə qazandığı üçün təşkilatçılar tərəfində bürünc medal və hədiyyələrlə mükafatlandırılıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR