Slimfit
  1. MARAQLI

Qidalar soyuducuda necə saxlanılmalıdır?

Qidalar soyuducuda necə saxlanılmalıdır?
Sakura

Qidalar soyuducuda necə saxlanılmalıdır?

Adətən aldığımız məhsullar böyük əksəriyyətini xarab olmasın deyə soyuducuda saxlayırıq. Bəs qidaları soyuducuya yerləşdirmə qaydalarına doğru əməl edirikmi?

Metbuat.az xəbər verir ki, qidalar soyuducuda düzgün qaydada saxlanılmalıdır. Soyuducuların təmizlənməsi sağlamlıq baxımından nəzərə alınan ilk amil olmalıdır. soyuducu təmizləmək üçün Sirkədən istifadə edilə bilər. 1 xörək qaşığı sirkəni 1 litr su ilə qatıb soyuducunuzu silə bilərsiniz.

-Səhər yeməyi üçün qablaşdırılmış qidalarınızı gigiyena baxımından soyuducunun ən yuxarı rəfində saxlayın. Əks təqdirdə, plastik torbalarda saxladığınız meyvə və tərəvəzlərdəki bakterialar səhər istifadə edəcəyiniz qidalara keçə bilər. Əgər soyuducunuzun buzluq hissəsi ən aşağıdadırsa, yen ədə səhər yeməyi üçün olan qidaları ən üst hissədə saxlamaq lazımdır.

-İkinci rəfdə adətən bişmiş və yenidən istifadə ediləcək qidalar yerləşdirilməlidir. Bu qidaların üstünün bağlı olmasına diqqət edin. Yeməklər bir-biri ilə təmasda olmamalıdır.Çünki bu qidalar qızdırılıb yenidən istifadə ediləcək və ona görə çiy qidalardan daha risklidir.

-Çiy ət, qatıq kimi qidalar üçüncü rəfdə ağız bağlanıb və bir-biri ilə təmas etmədən düzgün qablara yerləşdirilməlidir. Toyuq və balıq da bu rəfdəki şüşə qablara yerləşdirilərək saxlanıla bilər.

-Soyuducunun ən alt hissəsində meyvə- tərəvəzlərinizi saxlaya bilərsiniz. Lakin ən böyük səhv meyvə- tərəvəzləri mağazadan aldığınız plastik torbalarda soyuducuya qoymaqdır. Qidaları paketlərindən çıxarmaq lazımdır. Əgər nəmdirsə qurudulmalı və sonra soyuducuya qoyulmalıdır. Yaxşı olar ki, bu kimi qidalarınızı yuyub təmiz şəkildə soyuducuda saxlayasınız. Bu həm də sonradan onları istifadə edərkən sizin üçün rahat olacaq. Bu kimi qidaları plastik olmayan xüsusi saxlanc qablarında da saxlaya bilərsiniz.

Buzluqdan istifadə edərkən bunlara diqqət edin:
-Buzluqda ən vacib olan gözləmə müddətidir. Qidalar dondurulduqda, içindəki bakteriyalar dondurulur. Lakin, onlar ölmürlər. Ərimə prosesi başlayan zaman həmin bakteriyalar yenidən aktivləşməyə başlayırlar. Bu səbəblə qidaları dondurucuda nə qədər qalması çox vacibdir. Çünki qidaların quruluşu və toxuması dəyişməyə başlayır. İşlənməmiş çiy tərəvəzlər dondurucuda 1 ilə qədər qala bilər. Bişiriləcək olan tərəvəz maksimum 2-3 ay saxlanmalıdır. Buzluqdan çıxarıldıqdan sonra isə dərhal istifadə edilməlidir. Balıq 2-3 ay, çiy ət və ya qıyma 9-12 ay burada saxlanıla bilər. Bişmiş qırmızı ət isə 2-3 ay saxlanıla bilər. Toyuq və hinduşka əti, çiy olsa da, dondurucuda 3 aya qədər saxlanılmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR