Dərc edildi: Baxış sayı: 939
Parlament “Dövlət rüsumu haqqında” Qanununda dəyişikliklər edib
Parlament “Dövlət rüsumu haqqında” Qanununda dəyişikliklər edib.
Publika.az xəbər verir ki, bu barədə deputatlara Ağalar Vəliyev məlumat verib.
Deputat bildirib ki, dəyişikliklərdə nəzərərdə tutulub ki, Qida Təhlükəsizliyi Agentliyinin topladığı rüsumların 50 faizi dövlət büdcəsinə keçiriləcək, 50 faizi isə agentliyin büdcəsində saxlanılacaq.
Onun sözlərinə görə, bu addım agentliyin əməkdaşlarının sosial rifahının gücləndirilməsinə xidmət edəcək.
Komitə sədri Əli Hüseynli isə bildirib ki, indiyə qədər bir sıra dövlət qurumlarında bu cür addımlar atılıb və effektiv nəticəsi olub: “Qida Təhlükəsizliyi Agentliyinin şəffaf fəaliyyəti göz önündədir. Agentlikdə ASAN Xidmət modelinə uyğun şəffaflıq müşahidə edirik”.
Qanuna dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət