Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qida qəbulunun sayı ilə çəki arasında əlaqə açıqlandı

Qida qəbulunun sayı ilə çəki arasında əlaqə açıqlandı
Sakura

Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl geriyə boylanmamaq qərarına gəlib. Artıq keçmiş aktrisa tabeçiliyində…

Arıqlamaq istəyən insanların çoxu eyni səhvə yol verirlər. Belə ki, onlar qida qəbulunun sayını gün ərzində cəmi 1-2 dəfəyədək azaldırlar. Lakin onlar bu halda nəinki arıqlaya bilmirlər, hətta belə rasionla əksinə kökələ də bilərlər.

Əslində, qida qəbullarının sayının azaldılması sağlam qidalanmanın baza qaydalarının kobud şəkildə pozulmasıdır. Bu, arıqlamağa kömək etmir, belə ki, qidanın qəbulları arasında zaman kəsiyi nə qədər çox olursa, daim aclıq hissi bir o qədər yüksək olur ki, buna da qana qrelin kimi müvafiq hormonların ifrazı və hipotalamusda yerləşən qida mərkəzinin qıcıqlanması səbəb olur. Məhz buna görə gündə iki dəfə yemək yeyən insanlar, 4-5 dəfə yeyənlərə nisbətən nəticədə daha çox kalori qəbul etmiş olurlar. Bu səbəbdən də, arıqlamaq, həmçinin çəkinin saxlanılması üçün məhz gündə 4-5 dəfə yemək lazımdır.

Mütəxəssislərin sözlərinə əsasən, aclıq zamanı orqanizm xüsusi rejimə keçir. Bu vaxt hər kalori ehtiyat üçün piy qatı şəklində yığılıb saxlanılır. Bədən aclığı ekstremal vəziyyət kimi qiymətləndirir və “qara günə” ehtiyat yığmağa başlayır. İnsan tez-tez, lakin az miqdarda yeyirsə, bədəni bunu “təhlükə” kimi görmür və buna görə də, qida ehtiyatı yığmır və daha çox kalori əridir.

Əlbəttə, arıqlamaq üçün yalnız tez-tez yemək kifayət deyil, həmçinin rasionun keyfiyyətini nəzarət altında saxlamaq lazımdır. Un, yağlı, şirin, qızartma xörəkləri mümkün qədər az yemək, meyvə və tərəvəz, həzm proseslərini ləngidən, lakin uzun müddətə toxluq hissi ilə təmin edən tərkibində çoxlu qida lifləri olan məhsullar yemək məsləhətdir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR