Slimfit
  1. İQTİSADİYYAT

Qida məhsulları istehsal edən bütün subyektlər - Vergiyə cəlb olunacaq

Qida məhsulları istehsal edən bütün subyektlər - Vergiyə cəlb olunacaq
Sakura

Qida məhsulları istehsal edən bütün subyektlər - Vergiyə cəlb olunacaq

Bu gün Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.

Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.

Memoranduma əsasən, tərəflər fəaliyyət istiqamətləri üzrə hüquq və vəzifələrinin həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə, qarşılıqlı məlumat mübadiləsinin aparılması və qida məhsulları sahəsində fəaliyyət göstərən bütün subyektlərin vergiyə cəlb edilməsi üçün əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər. Eyni zamanda, birgə əməkdaşlıq çərçivəsində vergi uçotuna və dövlət qeydiyyatına alınması üçün müraciət edən, o cümlədən vergi uçotuna və dövlət qeydiyyatına alınmış qida sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə məlumatlandırılması nəzərdə tutulur.

Memorandumda iki qurum arasında əməkdaşlıq formaları, tərəflərin üzərinə götürdüyü öhdəliklər öz əksini tapıb. Əməkdaşlıq çərçivəsində əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş şəxslər, aksizsiz və ya saxta aksizli mallar, habelə məcburi nişanlama tələb edən, lakin nişanlanmamış malların satışının həyata keçirilməsi faktları aşkar edildikdə, həmin hallar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması nəzərdə tutulur. Tərəflər, həmçinin, sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə birgə tədbirlər həyata keçirəcək.

Anlaşma Memorandumunun imzalanması mərasimində bildirilib ki, qida məhsulları sektorunda birgə əməkdaşlıq vergi və qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edəcək.

 

Mənbə: Businessinsider.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR