Dərc edildi: Baxış sayı: 681
Qida Alkoqolizmi – Gözü yeməkdən doymayanların xəstəliyi
Tibbdə içkiyə aludəçilikdən başqa Qida Alkoqolizmi deyilən sindrom da qəbul olunub və bir çox həkimlər bu sindromdan əziyyət çəkən insanların daha çox xəstəxanaya qaldırıldıqlarını bildirir.
Belə ki, Biotexnologiya və Təhlükəsizlik Mərkəzi klinikalara hospitəlizə olunmuş ağır çəkili pasiyentlərin məlumatlarını araşdıraraq belə nəticəyə gəlib ki, onların 50%-i yeməkdən asılılıqdan əziyyət çəkir.
Onların bir qismində bu zərərli vərdişə çevrilib. 25% -də isə sinir bulimiyası adlı psixi pozğunluq yaranıb, onlar qəbul etdikləri yeməyin miqdarı üzərində nəzarəti itirmiş adamlardır. Elə bir vəziyyətə çatıblar ki, yemək mədələrindən geri, ağıza qayıdana kimi əl çəkmirlər. Doyma hissini itirmiş bu insanları " qida alkoqolikləri” adlandırırlar. Onlar 50 qram içki içəndə özünü yaxşı hiss edən əyyaş kimi, bir iki tikə yemək atışdıranda rahatlanırlar.
Bu patologiya illərlə formalaşır və kökü uşaqlığa gedib çıxır.
İnsanı sakitləşdirən, həzz verən reseptorlar bütün bədəndə səpələnib. İnsanı sığallayanda, masaj edəndə, qucaqlayanda, xoş ətirli nəsə çəkəndə, həmçinin yeyəndə bu reseptorlar beyinə həzz siqnalı verir. Bəs körpə ağlayanda analar nə edir? Dərhal ona süd və ya yemək verir ki, sakitləşsin. Hətta uşaq tox olsa da. Bununla qida reseptorları daha çox işləyir, qıcıqlanır, beyin mərkəzinə rahatlıq siqnalı verir, sakitləşir və insan getdikcə buna alışır.
Bu vərdiş uşaqlıqdan reseptorların yaddaşında qalır. Böyük insan stress, həyəcan və ya iş gərginliyi zamanı qida ilə özünü sakitləşdirib, həzz almağa vərdiş edirsə, bu illər sonra xəstəliyə, asılılığa çevrilir.
İdman zalına, gəzməyə, rəqsə, masaja, kinoya getməyə vaxt tapmayan insan evə gələndə bütün yorğunluğunu dadlı yeməklə çıxarır.
Televizor, kompüter qarşısında buterbrod , şirniyyat yemək, şərab, şirəli su içmək eyforiya hissi yaradır, xoşbəxtlik hormonu endorfinlər sintez olunur. Bu stereotip möhkəmlənir, vərdişə çevrilir. Bir gün evə gec gəlib, yolda qalan və ya tədbirdə, kinoda olan həmin insan yeməyə bir şey tapmayanda özünü itirir, stress keçirir, gözü yemək axtarır. Burdan da yeməksiz depressiya, təşviş, apatiya, qıcıqlanma simptomları başlayır. Və yeməkdən çəkisi artan, şişmanlaşan insan bir gün arıqlamağı qarşısına məqsəd qoyanda, bədənindən utananda, xəstəliklərindən bezəndə, onlarda arıqlamaq cəhənnəm əzabına çevrilir.
Çünki beyin və reseptorlar bu yeni vərdişi qəbul etmək istəmir. Onlar idmanı, pəhrizi, müalicəni yarımçıq qoyur, ətrafa qarşı aqressiv davranır, getdikcə özlərinə qapanırlar. Alkoqolizm lomkası adlanan bu sindrom eynilə yaşanır
Müalicəsi varmı?
Yalnız 20% qida alkoqolikləri problemlə özləri, təkbaşına mücadilə edə bilir. Qalanları həkim, psixoloq, psixoterapevt nəzarəti altında olmalıdır. Sindromdan çıxmaq üçün kalorilər çox az, qram –qram dəyişilməlidir.
Zamanla balanslaşdırılmış menyu seçilir, orqanizmi vitamin, mineralla təmin edən ərzaqlar saxlanılmaqla digər lazımsızlar birinci çıxarılır.
Stress zamanı soyuduya qaçan insanı bu körpüdən qoparmaq lazımdır. Amma əvəzinə başqa daha güclü ola biləcək vərdiş qoymaq gərəkir. Əgər insandan alkoqolu, siqareti, yeməyi alırsansa, o boş yeri qalan yeri eyni hissiyatı verəcək nə iləsə əvəz etmək lazımdır.
Bunlar: idman, qacış, kompüter oyunları, psixoloji məşqlər, tənəffüs məşqləri ola bilər.
Qida alkoqolizmindən xilas yolları
-Xatırlayın, bu asılılıqdan öncə, uşaqlıqda, yeniyetməlikdə, tələbəlik dövründə stresli vəziyyətdə nədən istifadə edirsiz, nə sizə müsbət emosiyalar verirdi. Oxumaq, şəkil çəkmək, yazmaq, işləmək, oynamaq? Yada düşdüsə, onu bərpa edin
-Pauza götürün. Elə ki, soyuducuya doğru gedirsiz, gözünüz yemək axtarırsa, dərhal 5 dəqiqəlik pauza götürün. Başqa otağa keçib, bir ayrı iş görün. Ola bilər ki, 5 dəqiqədən sonra soyuducu yaddan çıxacaq.
-Soyuducunun üzərinə balaca qeydlər yapışdırın: Zibili at, Filankəsə zəng et, saçını dara, uşaqları öp, dolaba bax, pəncərədən bax. Elə ki, soyuducunu açıb, nəsə yemək istəyəndə, bu kağızlardan birini qopar və orda yazılanı dərhal et. Çox güman ki, onu edəndən sonra soyuducudan yemək götürmək istəməyəcəksiz. Burda güclü iradə də lazımdır. Yazılanı mütləq et və bunu oyuna çevir.
-Əgər soyuducudan vaz keçə bilmirsizsə, orda zərərli yox, daha faydalı qidalar saxlayın. Az kalorili alma, kök, xiyar, pomidor, meyvə, kəsmik və s. yeyin. Əlinizi həmişə faydalı qidaya uzat. Hazır salatlar olsun. Bişmiş tərəvəzlər olsun. Qatığın içinə nəsə qatıb yeyin. Belə qidalanma ilə kökəlməzsiz.
Ən ağır, xroniki mərhələdə, artıq heç bir şey sizi saxlaya bilmirsizsə, əsəbləriniz pozulursa, özünüzlə bacarmırsızsa, elə içki aludəçiləri kimi siz də dərmanlar müalicəyə, psixoloq və psixoterapevt müalicəsinə üz tutmalısız.
Hər bir xəstəliyin olduğu kimi Qida alkoqolizminin də müalicə yolları var. Onu gecikdirmək, dərinləşdirmək sizin zərərinizədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət