Slimfit
  1. DÜNYA

Qəzzada ölən uşaqların sayı açıqlandı

Qəzzada ölən uşaqların sayı açıqlandı
Sakura

Qəzzada ölən uşaqların sayı açıqlandı

İsrailin Qəzzada həyata keçirdiyi əməliyyat zamanı 13,9 min fələstinli uşaq öldürülüb.

Ens.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibi Antonio Quterreş deyib.

“UNICEF-in məlumatına görə, 13 900-dən çox fələstinli uşaq hücumlar nəticəsində həyatını itirib. İki milyon fələstinli aclıq və humanitar fəlakətlə üz-üzədir. İsrailin Rəfah əməliyyatı bu humanitar fəlakəti daha da pisləşdirəcək”.

Quterreşin sözlərinə görə, bütün bunlar İsrail hakimiyyətinin kütləvi aclıqla üzləşən Qəzza əhalisinə humanitar yardımın çatdırılmasına ciddi məhdudiyyətlər qoyması fonunda baş verib.

“Qəzza zolağında hərbi əməliyyatların dayandırılması bütün regionda gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq. Mən tərəfləri humanitar atəşkəsə və Qəzza zolağında saxlanılan bütün girovların dərhal azad edilməsinə çağırıram”, – Quterreş vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR