Qəzzada dağıntılar altında qalan meyitlərin sayı
Qəzzada 1500-ə yaxın fələstinlinin cəsədi hələ də dağıntılar altında qalmaqdadır. Minlərlə ailə evsizdir, küçələrdə yaşayır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Mayadin” məlumat yayıb.
Bölgədə yoluxucu xəstəliklər və ekoloji fəlakət riskinin olduğu bildirilir.
Məlumata görə, çarəsiz vəziyyətdə qalan əhali xəstəxanalara sığınmağa məcbur olub. Yanacaq çatışmazlığı səbəbindən xəstəxanaların fəaliyyətinin dayanması təhlükəsi yaranıb.
Bundan əlavə, anklavda mağazalarda ən zəruri tələbat malları tükənib, ciddi ərzaq çatışmazlığı riski var.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında fələstinli şəhidlərin sayı 3300-ə, yaralıların sayı isə 11 minə çatıb ki, onların da əksəriyyəti qadın və uşaqlardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət