Slimfit
  1. DÜNYA

Qəzaya düşən təyyarənin pilotunun dialoqu ortaya çıxdı

Qəzaya düşən təyyarənin pilotunun dialoqu ortaya çıxdı
Sakura

Qəzaya düşən təyyarənin pilotunun dialoqu ortaya çıxdı

Dünən qəzaya düşən İzmir-İstanbul reysi üzrə hərəkət edən “Boinq 737-800” təyyarəsinin pilotu ilə Sabiha Gökçən Hava Limanının dispetçer məntəqəsi arasındakı qəzadan öncəki dialoq ortaya çıxıb.

Axar.az xəbər verir ki, dialoqu “Hürriyyət” yayıb. Məlumata görə, dispetçer pilota onlardan öncə enən təyyarənin güclü quyruq küləyinə məruz qaldığını raport edib.

Digər tərəfdən qəzaya düşən təyyarə enməzdən öncə dispetçerin başqa təyyarənin pilotuna etdiyi müraciət də diqqət çəkib. Belə ki, dipetçer yanaşmadakı küləklə Yerdəki külək arasında uyğunsuzluğun olduğunu və buna görə də 10 dəqiqəlik əməliyyatları dayandıracaqlarını söyləyib.

Qeyd edək ki, ötən gün “Peqasus” aviaşirkətinə məxsus Boinq-737 təyyarəsi Sabiha Gökçən hava limanına sərt eniş edib, daha sonra isə uçuş zolağından çıxaraq torpaq üstdə 40 metrə qədər sürünüb. Təyyarə 3 hissəyə parçalanıb və yanğın baş verib.

Qəza nəticəsində 3 nəfər ölüb, 179 nəfər yaralanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR