Slimfit
  1. CƏMİYYƏT

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama
Sakura

Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, dünən Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində qəza baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

322 nömrəli tam orta məktəbdən Modern.az-a verilən məlumata görə, yanvarın 16-sı saat 07:50 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivindən Xəzər rayonu 322 nömrəli tam orta məktəbə gələn şagirdlərin olduğu mikroavtobus Maştağa-Buzovna avtomagistralında digər marşrut avtobusu ilə toqquşub.

Hadisə zamanı mikroavtobusda olan şagirdlərdən heç biri ciddi xəsarət almadığından artıq məktəblilərin əksər hissəsi dərsə davam edir. Qəza zamanı həyəcan keçirən 5 şagird isə bu gün evdədir.

Qeyd edək ki, hadisə zamanı mikroavtobusda 28 şagird olub. Şagirdlər həkim müayinəsindən keçirilib, heç birində ciddi travma və yaralanma aşkar edilməyib. Şagirdlər müayinə edildikdən sonra valideynləri ilə birlikdə evə yola salınıb. Həmçinin məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən uşaqlarla söhbət aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR