Dərc edildi: Baxış sayı: 206
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
Bakı və Abşeron yarımadasında hazırda qeyri-sabit yağıntılı hava şəraiti müşahidə olunur.
Ens.Az-ın məlumatına görə,bu sözləri Axar.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Bakı və Abşeron yarımadasında bu gün axşam saatlarına doğru yağıntılar kəsiləcək. Sentyabrın 14-ü gündüz saatlarından isə əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Sentyabrın 15 havanın gün ərzində yağıntısız keçəcəyi gözlənir”, - Məmmədova bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət