Dərc edildi: Baxış sayı: 356
Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə təxribatının qarşısı alınıb
Sentyabrın 7-si saat 07:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət