Slimfit
  1. CƏMİYYƏT

Qeyri-qanun sərnişin daşımaya nəzarət gücləndiriləcək

Qeyri-qanun sərnişin daşımaya nəzarət gücləndiriləcək
Sakura

Qeyri-qanun sərnişin daşımaya nəzarət gücləndiriləcək

Ölkəmizdə qeyri-qanun sərnişin daşımaya və yük daşımaya nəzarət gücləndirləcək. Artıq bu pozuntuya kameralarla nəzarət ediləcək və fərqlənmə nişanı almayan sürücülərelektron qaydada cərimələnəcək. Bununla bağlı məlumatı "Xəzər Xəbər'' ə müsahibəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib. Onun sözlərinə bunun üçün qanuna dəyişikliklə bağlı təkliflər hazırlanıb və aidiyyatı dövlət qurumları ilə razılaşdırılıb.

Bütün bunlar Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqaramının icrası çərçivəsində həyata keçirlir. İbrahim Əliyev bildirir ki, xüsusi ilə yük daşıma və orta tutumlu avtobuslara nəzarət bu üsulla daha rahat təmin ediləcək. Çünki artıq baza var.Amma minik avtomobilləri ilə sərnişin daşımaya nəzarət üçün əlavə tədbir görüləcək. Yeniliyin növbəti ilin birinci rübündə tətbiqi gözlənilir.

Dövlət AvtomobilNəqliyyatı Xidməti tərəfindən yollarda təhlükəsizliyi təmin etmək məqsədi ilə Almaniya, Türkiyə və Latviyanın təcrübəsi də öyrənilir.Proqramın icrası çərçivəsində sürücülərə və köməkçilərə təlimlər keçirilir və gələcəkdə bunun genişləndirilməsi nəzərdə tutulub.Xidmətin rəis müavini bildirib ki, bölgələrə təhlükəsizlik qaydaları gözlənilməklə icra ediəngecə reyslərinin sayı da artırılacaq.

Qeyd edək ki, hazırda qurum tərəfindən bölgələrdən bakıya online biletin satışını təşkil etmək üçün iş aparılır.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR