Slimfit
  1. İQTİSADİYYAT

Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır

Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır
Sakura

Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün büdcədən xərc artırılır

 Qeyri-neft məhsullarının ixracı ilə bağlı tədbirlər üçün 2019-cu ilin dövlət büdcəsində 27 mln. manat birdəfəlik xərc nəzərdə tutulub.

Report”un dövlət büdcəsinə Hesablama Palatasının rəyinə istinadən verdiyi xəbərə görə, bu, 2018-ci ilin gözlənilən icrası ilə müqayisədə 12,3 mln. manat və ya 83,7% çoxdur. 2019-cu ilin proqnozu 2017-ci ilin icrası ilə müqayisədə isə 21 069 min manat və ya 4,6 dəfə azdır.

“Büdcə zərfi”nə daxil edilən məlumatların təhlili əsasında Hesablama Palatasının hesablamalarına görə, 2019-cu ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 2 800,1 mln. manat nəzərdə tutulub ki, bu da 2017-cı ilin icra göstəricisindən 199 mln. manat və ya 7,6% çox, 2018-ci ilin gözlənilən icra göstəricisindən 565,6 mln. manat və ya 16,8% azdır. 2019-cu il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 11,3% təşkil edib.

Hesablama Palatası birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsini və növbəti ilin dövlət büdcəsi haqqında qanunda birdəfəlik təyinatlı xərclər üzrə hədlərinin müəyyən olunmasını təklif edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR