Slimfit
  1. MEDİA

Qeyri-adi gözəlliyi olan azərbaycanlı model

Qeyri-adi gözəlliyi olan azərbaycanlı model
Sakura

Qeyri-adi gözəlliyi olan azərbaycanlı model

O, öz xarici görünüşü ilə başqalarından fərqlənir. Hətta görənlər onu azərbaycanlıya yox, avropalıya bənzədirlər.

Metbuat.az qeyri-adi gözəlliyi ilə seçilən gənc model Ayan Aslanın saytımıza verdiyi müsahibəni təqdim edir:

Ayan Aslanı tanıyaq.

Adım Ayan Aslan, 2000-ci il oktyabrın 2-si Qubanın Qırmızı qəsəbəsində, yəhudi ailəsində dünyaya gəlmişəm.

Bakıya gəlişiniz təhsillə bağlıdır?

Xeyr, uşaq yaşlarından ailəlikcə Bakıya gəlmişik. Hal hazırda həm işləyirəm, həm də təhsil alıram.

İncəsənət sahəsində təhsil alırsınız?

Yox, veb-dizayn üzrə. Hobbi olaraq özümü incəsənətdə sınayıram.

Özünüzü yəhudi kimi hiss edirsiniz ya azərbaycanlı?

Azərbaycanda yaşayıram və buranın mədəniyyətinə öyrəşmişəm. Təbii ki, biz tərəflərin mədəniyyəti, adət-ənənələri tamamilə fərqlidir.

Xarici görünüşcə fərqlisiniz, azərbaycanlıya oxşamırsınız. Yolda, nəqliyyatda diqqət hiss edirsiniz üstünüzdə?

Əlbəttə, əvvəl-əvvəl çox utanırdım, hətta indi də elə olur. Kimisi ingiliscə nəsə soruşur, kimisi üzümə toxunmaq istəyir və s.

Əks cinslə bağlı problemlər olur? Mənfi cəhətləri var sizinçün bu gözəlliyin?

Təəssüf ki, çox zaman olur. Çoxuda imtina edir, xarici olduğumu düşünərək. Bu mənim üçün avantajdı, nə yalan deyim?

Sizi hansısa məşhura bənzədənlər olur?

Ən çox Maria Valverde və Dakota Consona bənzədirlər, amma məncə heç birinə bənzəmirəm.

Görünüşünüzlə bağlı başınıza gələn maraqlı bir hadisəni danışardınız.

Bir dəfə İçərişəhərdə dostumla gəzirdik. Arxamızca bir qrup oğlan gəlirdi. Birdən oğlanlardan biri yaxınlaşdı ki, tanış olaq. Məndə özümü qoydum “artistliyə”, başladım ingiliscə danışmağa, guya ki, xariciyəm.Oğlan ingiliscə bilmirmiş, başladı rusca danışmağa. Axırda gördü ki, alınmır heç cür, qayıtdı dostlarının yanına, dedi ki, “qaqa mənim bəxtim yoxdurda”. Bunu eşidən kimi özümü saxlaya bilmədim, başladım gülməyə. O mənzərə hələ də yadımdan çıxmır, hər dəfə dostumla danışıb gülürük.

Ailəniz reklam və film sektoruna girməyinizi necə qarşılayır?

Ailəm əvvəl bu barədə tərəddüd etsə də, zaman-zaman mənim uğur qazanacağıma inandılar və alışdılar. Hələki problem yoxdur.

Reklam təklifləri olubmu?

Olub, amma adını verməyim reklam xarakterli olmasın deyə. Məni qane edən çəkilişlərə qatılıram, amma hər çəkilişə də gedə bilmirəm təəssüf ki. Hətta bu yaxınlarda ola bilsin ki, komediya filminə qatılım.

Vurğuladınız ki, hər çəkilişə gedə bilmirsiz, uyğun olmur deyə?

Bəli, uyğun olmur təəssüf ki. Elə də olur ki, bir-birimizi başa düşə bilmirik. Çəkiliş kollektivi ilə münasibət isti olanda hər şey yaxşı olur, yox əgər olmursa, alınmır.

Bəs yaxşı qonarar verilsə, açıq-saçıq səhnələrə çəkilərsiniz?

Həyat elə təsadüflərlə doludur ki, “heç vaxt etmərəm” dediyimiz şeyləri edirik. Amma yəqin ki, mən açıq-saçıq səhnələrdən mümkün qədər uzaq duraram.

Sosial şəbəkələrdə özünü model, aktrisa adlandıran xanımlar çoxdur, əsasən açıq-saçıq şəkillər paylaşaraq tanınmağa çalışırlar. Bu barədə fikriniz necədir?

Belə şeylərə yaxşı baxmıram. Amma təəssüf ki, bizdə insanlar açıq-saçıq olan hər şeyə üstünlük verirlər. Açıq-saçıq və estetik… İnsan özünü olduğu kimi qəbul etməlidir məncə, bu şərtdir. Təəssüf ki, insanlar bu kimi şeylərə üstünlük verirlər, əsasəndə bizim millət.

Son olaraq gələcək planlardan və arzulardan da danışaq.

Gələcək planlarımdan çox şey deyə bilmərəm, amma filmlərdə özümü inkişaf etdirmək istəyirəm. İnsanlara sözüm də budur ki, insanları sevək, dəyər verək və özümüzü kompleksiz şəkildə dəyərləndirməyi bacaraq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR