Qətərin 15 milyard dolları lirəni xilas etmədi
Bu gün səhər saatlarında Türkiyədə aparılan valyuta əməliyyatlarında 5,99 lirə təşkil edən dollar yenidən yüksəlişə keçib.
Oxu.Az xəbər verir ki, Türkiyə vaxtı ilə saat 10:20-yə lirənin məzənnəsi dollara nisbətdə 1,94 faiz ucuzlaşaraq, 1 dollar 6.12 lirəyə bərabər olub.
Avroda isə bahalaşma 1,43 faiz təşkil edib. Hazırda 1 avro 6,9 lirə təşkil edir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəyə əsasən, bu gün 1 türk lirəsi 0,2835 manata bərabər olub. Lirə manata nisbətdə ötən həftə ilə müqayisədə geriləyib.
Xatırladaq ki, Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımın atılması dolların 6 lirədən aşağı düşməsinə səbəb olmuşdu.
L.Ə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət