Slimfit
  1. AZƏRBAYCAN

Qətərdə azərbaycanlı uşaqlara “Bazar günü” məktəbi açılıb

Qətərdə azərbaycanlı uşaqlara “Bazar günü” məktəbi açılıb
Sakura

Qətərdə azərbaycanlı uşaqlara “Bazar günü” məktəbi açılıb

Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən "Bazar günü" məktəbi açılıb. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfir Rəşad İsmayılov bu münasibətlə keçirilən tədbiri açaraq, Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısından danışıb, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumat verib. Səfir çıxışında, həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan da söz açıb. Qeyd edək ki, səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə açılan "Bazar günü" məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaq. Dərslərdə əsasən ingilisdilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin qrammatikası tədris ediləcək, eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz öyrədiləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR