Dərc edildi: Baxış sayı: 604
Qətər mətbuatı Azərbaycanın 10 milyonuncu vətəndaşından yazır
Qətərin ingilisdilli “Peninsula” qəzetində “Azərbaycanın 10 milyonuncu vətəndaşı doğuldu” sərlövhəli yazı nəşr edilib.
Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, yazıda 2019-cu il aprelin 6-da ölkənin 10 milyonuncu vətəndaşının anadan olduğu bildirilib və onun Ağdam rayonunun Baş Güneytəpə kəndindən olan məcburi köçkün ailəsində doğulduğu qeyd edilib.
Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan xalqını və yeni doğulmuş körpənin valideynlərini təbrik etdiyi diqqətə çatdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət